“Aprel müharibəsi”nin SİRRİ, ərazilərin qaytarılması üzrə ÜÇ SSENARİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Aprel müharibəsi”nin SİRRİ, ərazilərin qaytarılması üzrə ÜÇ SSENARİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya prezidenti Vladimir Putin Kremldə 20 ölkənin yeni səfirlərinin etimadnamələrinin qəbulu mərasimində BMT-yə çağırış edib. Ermənistanda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı açıqlanıb. PKK-nın Suriya qolu olan PYD 3 mərhələli seçki prosesinə hazırlaşır. Amerikalı general Avropa ölkələrinə Rusiyaya qarşı “hərbi Şengen”in yaradılması çağırışı edib. Sentyabrın 25-də birtərəfli qəbul etdiyi qərarla müstəqillik referendumu keçirən Şimali İraq kürd muxtariyyətinə növbəti zərbə vurulub. Pxenyan qonşu Yaponiyanı “nüvə buludları” ilə hədələyib.

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının baş katibi, general Nikolay Patruşev ötən şənbə Bakıya səfər etdi. İlk baxışdan, sıradan diplomatik təmas kimi görünən səfərdə müzakirələr haqda məlumatların ictimaiyyətə açıqlanmaması diqqət çəkir.

Rusiyalı ekspert Pavel Şipilin Patruşevin Bakı səfərində Azərbaycan prezidentinə əhəmiyyətli məsələləri çatdırdığını hesab edir.

Onun sözlərinə görə, son zamanlar Azərbaycana qarşı informasiya müharibəsi qızışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Kremldə 20 ölkənin yeni səfirlərinin etimadnamələrinin qəbulu mərasimində BMT-yə çağırış edib. Putin dünyanın ali orqanını regional münaqişələrə diqqət ayırmağa dəvət edib: “BMT regional münaqişələrin uzunmüddətli nizama salınmasına diqqət ayırmalıdır”.

Rusiya prezidenti qeyd edib ki, bütün ölkələr beynəlxalq sülhü və təhlükəsizliyin təmin olunmasında əsas məsuliyyəti daşıyan BMT Təhlükəsizlik Şurasının müstəsna hüquqlarına hörmət etməlidir”.

Putin Rusiyanın BMT-də islahatların aparılmasını və daha təsirli iş metodunun təşkilinin vacibliyini qeyd edib.

Rusiya mediası Vladimir Putinin “regional münaqişələr” dedikdə Dağlıq Qarabağ münaqişəsini də nəzərdə tutduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cəbhə xəttində gərginlik davam edir, buna paralel olaraq, Ermənistan gələn ilin hərbi büdcəsini artırır. Hərçənd, o, bununla Azərbaycana çatmağı bacarmayacaq. Bütün bunların fonunda beynəlxalq vasitəçilər – ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ həmsədrləri, həmçinin, Azərbaycan və Ermənistan XİN rəhbərləri Prezident İlham Əliyevlə Serj Sarkisyanın görüşünü hazırlayır. Oktyabrda Minsk qrupunun həmsədrləri regiondakı vəziyyətlə bilavasitə tanış olacaqlar. Gözlənilir ki, bundan sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq.

Rusiyanın “Rosbalt” agentliyi görüşün formal xarakter daşıyacağının istisna edilmədiyini yazıb.

Agentlik yazır ki, tərəflər müharibədən qaçmaq üçün bu danışıqlara gedə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “operativ müdafiə bölməsinin müdiri”, polkovnik Viktor Arustamyan “aprel müharibəsi”ndə Azərbaycanın taktiki döyüş bacarığının erməni hərbi birləşmələrinin məğlub edilməsində böyük rol oynadığını etiraf edib.

V.Arustamyan Daşnaksütyun partiyasının təşkil etdiyi “rəqibin və bizim hərbi-siyasi taktikası” adlı konfransda sualları cavablandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı açıqlanıb. Ermənistan mediası xəbər verir ki, bu ilin 10 ayı ərzində erməni hərbi birləşmələrinin 45 hərbi qulluqçusu qeyri-döyüş şəraitində ölüb.

“Dünya dialoqu” təşkilatının məlumatına görə, hərbçilərin 19-u Ermənistan ərazisində, 26-sı isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində ölüb.

Qeyd edək ki, Ermənistan ordusunda zorakılıq və intihar halları daim gündəmdə olur.

“Kimsəni təhdid etmək kimi niyyətimiz yoxdur. Biz səmimi xəbərdarlığımızı edirik”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Şimali İraq kürd muxtariyyətində keçirilən referendumla bağlı danışarkən deyib.

“Referendum bölgəmizdə yeni bir xəncər vurmaq cəhdidir. Min ildir bu bölgədə bizi məhv etmək üçün çoxsaylı cəhdlər edilib. Biz hələ də dövlət və millət olaraq ayaq üstəyik. Bizi təhdid edənlərin, arxamızdan bıçaqlamaq istəyənlərin heç birinin bu torpaqlarda istədiyi olmayıb”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, indiki mərhələdə Ərbilə qarşı müəyyən sahələrdə embarqolarla kifayətlənirlər:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq Kürd Muxtariyyətində keçirilən referendum hələ son deyil. Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hələ ki, iş-işdən keçməyib, Bərzani geri addım ata bilər. Əgər bu səhvini başa düşüb müstəqillik qərarından vaz keçsə, əlaqələrimizi davam etdirərik. Tez-tez Türkiyə-İraq sərhədindəki Ovacıq qapısının açılması gündəmə gəlir. Həmin sərhəd qapısını açmaq mümkündür, lakin sərhədin digər tərəfində təhlükəsizliyi kim bərpa edəcək? Təbii ki, bu işi başqası yox, İraq hökuməti etməlidir”, - Çavuşoğlu bildirib.

Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq. Bunu Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiya lideri Dövlət Baxçalı söyləyib.

“Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq. Bunun qarşısında heç bir güc dayana bilməyəcək. Sərhədimiz yaxınlığında kürd dövlətinin yaradılmasına səbir göstərmək gözümüzün önündə edam fərmanımızın yazılmasına səssiz qalmağımız deməkdir”, – deyə o bildirib.

Bütün gözlər İraqın şimalında keçirilən müstəqillik referendumuna yönəldiyi halda PKK-nın Suriya qolu olan PYD 3 mərhələli seçki prosesinə hazırlaşır. Bu haqda “Haberturk” qəzetinin yazarı Sərdar Turqut bildirib.

“Bütün dünyanın diqqəti İraqın şimalında keçirilən müstəqillik referendumuna yönəlib. ABŞ-ın dəstəklədiyi PYD isə Suriyanın şimalında muxtariyyət elan etməyə hazırlaşır”, - o yazıb.

Sərdar Turqutun Amerika təhlükəsizlik mənbələrinə istinad edərək verdiyi məlumata görə, masadakı yekun plan müstəqilliklərin elan edilməsindən sonra İraq və Suriyadakı muxtar strukturları birləşdirməkdir.

Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyi baxımından Şimali İraq əhəmiyyətli olsa da, Suriyanın şimalında baş verənlər diqqətdən qaçırılmamalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qalmaqallı müstəqillik referendum keçirən Şimali İraq kürd muxtariyyəti nəticələrin ləğvi barədə tələblərə baxmayaraq, geri çəkilmək niyyətində deyil. Muxtariyyət noyabrın 1-də prezident seçkilərini keçirmək niyyətindərir.

Bu haqda “Rudav” telekanalına danışan kürd muxtariyyətinin ədliyyə ali komissarı Hendren Məhəmməd bildirib. “Biz parlament və prezident seçkiləri üçün bütün hazırlıqları tamamladıq. Bu gün etibarilə bir iş təqvimi hazırladıq”, - o deyib.

Sentyabrın 25-də birtərəfli qəbul etdiyi qərarla müstəqillik referendumu keçirən Şimali İraq kürd muxtariyyətinə növbəti zərbə vurulub. İraq parlamenti Şimali İraq kürd muxtariyyətini təmsil edən millət vəkillərinin mandatını ləğv edib.

Son iki gün ərzində Rusiya hərbi aviasiyası Fərat çayının şərq sahilində İŞİD terror qruplaşmasına qarşı əməliyyatı davam etdirib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Bu rayonda terrorçuların təsdiq edilmiş itkiləri 304, yaralıların sayı isə 170-dən çox olub.

Onun sözlərinə görə, bu vaxt ərzində müxtəlif vəzifəli 7 səhra komandiri, həmçinin Fərat vadisində İŞİD-in hücum əməliyyatlarını koordinasiya edən edən qazaxıstanlı Abu İslam al-Kazaki məhv edilib.

Məhv edilmiş İŞİD qruplaşması arasında xarici muzdlularının hazırlıq keçdiyi mərkəzi, Şimali Qafqazdan təxminən 40 döyüşçü və terrorçuların mobil snayper qrupu var.

General-mayor bildirib ki, həmçinin 3 nəzarət məntəqəsi, terrorçuların 9 dayaq məntəqəsi, 8 tank, 3 artilleriya qurğusu, böyuk kalibrli silahlarla təchiz edilən 17 yolsuz yer maşını və 4 döyüş sursatı anbarı məhv edilib.

Avropa ölkələri Rusiyanın qarşısının daha effektiv alınması üçün “hərbi Şengen”in yaradılması haqqında razılaşmalıdır. Bunu ABŞ-ın Avropadakı qüvvələrin komandanı general-leytenant Ben Hoces bildirib.

Generalın sözlərinə görə, silahlar və hərbi yüklərin Avropa ölkələrinin sərhədləri ilə nəqli üzrəxüsusi qaydalar qüvvədə olmalıdır. Amerikalı hərbçi bildirir ki, bu qaydalar NATO güclərinin daha sürətli yerdəyişməsinə imkan verməlidir.

“Potensialımızın daha effektli olmasını istəyiriksə, ittifaq qüvvələri Rusiyanın silahlı qüvvələri ilə müqayisədə daha sürətli hərəkət etmək imkanına malik olmalıdır”, - general vurğulayıb.

“Donetsk Xalq Respublikası” separatçı qurum tərəfindən təmas xəttinin möhkəmləndirilməsi göstərir ki, 2018-ci ildə Donbasda döyüş əməliyyatları aktivləşəcək”. Bunu Ukraynanın “Obozrevatel” nəşrinə “Gürcü milli legion”unun komandir müavini Şota Kedelaşvili deyib.

“2014 və 2015-ci illər döyüş əməliyyatlarının daha aktiv mərhələsi idi. 2016 və 2017-ci illər daha sakit keçdi. Amma düşünürəm ki, hər şey 2018-ci ilin çox isti olacağını göstərir”, - Kedelaşvili bildirib.

Daha əvvəl Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan “Obozrevatel” nəşrinə bildirib ki, Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarlarında baş verən partlayış Donbasda növbəti hücuma hazırlıq ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Yaponiyanın bəyanatları Koreya yarımadasında gərginlik yaradır və təhlükəli işdir. Bu, Yapon arxipelaqına nüvə buludlarını gətirəcək”. Bu haqda Şimali Koreyanın rəsmi agentliyi olan Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) yazıb.

STAK öz bəyanatında Yaponiyanın baş naziri Sindzo Abenin BMT Baş Assambleyasındakı çıxışına istinad edib.

Baş nazir beynəlxalq cəmiyyəti nüvə proqramından imtinaya məcbur etmək üçün Pxenyana təzyiq göstərməyə çağırıb. Onun sözlərinə görə, beynəlxalq cəmiyyət nüvə proqramı üçün lazım olan mallar, vasitələr və texnologiyalara Koreya Xalq Demokratik Respublikasının girişini bloklamalıdır.

“Biz Şimali Koreyanı nüvə proqramından imtina etməyə məcbur etməliyik. Bunun üçün dialoq deyil, təzyiq lazımdır”, - Sindzo Abe deyib.

ABŞ-ın Las-Veqas şəhərində konsert zamanı insanları güllələyən Stiven Peddok bir neçə gün ərzində qaldığı mehmanxana nömrəsinə ondan çox çamadan daşıyıb. Bu haqda Las-Veqas şerifi Co Lombardinə istinadən CNN telekanalı bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, o, çamadanlarla silah-sursat daşıyırdı.

Xatırladaq ki, ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 2-də “Mandalay Bay Hotel” mehmanxana kompleksinin qarşısında təşkil edilən musiqi festivalına silahlı hücum olub. Hadisə nəticəsində 59 insan ölüb, 500-dən çoxu yaralanıb. Bu, qurbanların sayına görə ABŞ-da ən qanlı hücum hesab olunur.

Nevada ştatının Meskit şəhərində yaşayan Stiven Peddokun otel otağından 23 ədəd, evindən isə 19 ədəd odlu silah, çoxsaylı patron və partlayıcı maddələr aşkarlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm