ABŞ-ın qonşumuza HÜCUM SSENARİLƏRİ: Azərbaycan torpaqlarını GÖZLƏYƏN TƏHLÜKƏ
Bizi izləyin

Nida Təhlil

ABŞ-ın qonşumuza HÜCUM SSENARİLƏRİ: Azərbaycan torpaqlarını GÖZLƏYƏN TƏHLÜKƏ

Donald Tramp ABŞ prezidenti seçiləndən sonra anti-İran siyasəti Ağ Ev üçün əsas prioritetə çevrildi. İndiki məqamda gərgin atmosfer təkcə İrana yox, bütün bölgəyə də təsir edir, lakin bu gərginliyin son nəticədə silahların qınından çıxmasına səbəb olacağı da istisna deyil. Təbii ki, ABŞ-İran qarşıdurması bölgədə əsas faktorlardan olan Azərbaycanı da maraqlandırır. Rəsmi Bakı sülhdən yanadır, amma Trampın Obamanın “nüvə razılaşması”nı ləğv etmək istəyi Vaşinqton-Tehran xəttində dönüşü olmayan proseslərə yol açır. İranşünas mütəxəssis Serhan Afacanın araşdırmalarına görə, rəsmi Tehran artıq ABŞ-ın mümkün hücumlarına qarşı müxtəlif ssenarilər hazırlayır. İranın atacağı addımlar ABŞ-ın gələcək siyasətindən asılı olacaq.

Publika.az
həmin ssenariləri təqdim edir:

Mühasirə ssenarisi

1979-cu ildən indiyə kimi ABŞ-ın İran siyasətini müəyyənləşdirən üç əsas variant var. Birinci: İran Yaxın Şərq və Afrika başda olmaqla dünyada sabitliyi pozan, terrora dəstək verən ölkədir. İkinci: bu ölkə nə olursa olsun, nüvə silahına malik olmamalıdır. Üçüncü: Səudiyyə Ərəbistan, İsrail, Misir və Türkiyə kimi ölkələrin yerləşdiyi bölgədə İranın əhəmiyyətli yeri var. ABŞ üçüncü variant üzərindən çıxış edərkən, İranı gah mühasirəyə alıb, gah da beynəlxalq ictimaiyyətə inteqrasiyasına dəstək verib.

Obama ikinci variantı seçmişdi. Lakin Trampın Səudiyyə Ərəbistan və İsrailin dəstəyi ilə mühasirə variantına üstünlük vercəyi görünür. Hazırda İranın əsas şansı bu məsələ ilə bağlı ABŞ-la BMT Təhlkükəsizlik Şurasının digər üzvlərinin – Rusiya, Çin, Fransa və İngiltərə - həmçinin, Almaniyanın fikir ayrılığının olmasıdır. Bu ölkələr nüvə anlaşmasını dəstəkləməklə, İranın nüvə silahına malik olmasının qarşısını almaq variantını dəstəkləyir.

Lakin ABŞ-ın təktərəfli olsa da İrana təzyiq göstərəcəyi ehtimalı böyükdür. Bu baxımdan, Trampın üç variantdan ya birini, ya da ikisini eyni anda tətbiq edəcəyi mümkündür. Amerika ya nüvə razılaşmasını tamamilə ləğv edə bilər, ya da İnqilab Keşişçiləri Korpusunu, yaxud insan haqlarının tapdanmasını əsas götürərək, yeni sanksiyalar tətbiq edə bilər. Bundan başqa, ABŞ bölgədəki müttəfiqləri ilə İranı təkləmək siyasətini də izləyə bilər.

Nüvə anlaşmasının alternativi varmı?

Tramp İranın nüvə anlaşmasını pozduğunu desə də, beynəlxalq ictimaiyyətə konkret faktlar təqdim edə bilmir. İran tərəfi isə anlaşmadan çəkilməycəyini deyir və ABŞ-ı məsuliyyətsiz davranmaqda ittiham edir. Bununla yanaşı, İran anlaşmanı yenidən müzakirə etməyi də rədd edir və qeyd edir ki, anlaşma ləğv olunarsa, nüvə silahı layihəsini davam etdirəcək.

Mümkündür ki, İran anlaşmanın tərəfi olan digər ölkələrin ABŞ-ın istəyinə dəstək verməməsinə və Trampın mövqeyinin zəiflədilməsinə çalışacaq. Bu məsələdə İranın əli güclüdür. Çünki, başda Paris İqlim Anlaşması olmaqla bir sıra əhəmiyyətli beynəlxalq razılaşmalardan çəkilən, yaxud çəkiləcəyini deyən Tramp Administrasiyasını açıq şəkildə tənqid edən ölkələr İranla nüvə anlaşmasının alternativi olmadığı fikrini müdafiə edirlər. Misal üçün, Fransa prezidenti Emmanuel Makronun yaxın günlərdə İrana səfər edəcəyi də Tehranın əlinin güclü olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Makron 46 ildən sonra İrana səfər edən ən yüksək səviyyəli ilk Fransa rəsmisi olacaq.

ABŞ İnqilab Keşişçiləri Korpusunu hədəf ala bilərmi?

İran üçün İnqilab Keşişçiləri Korpusununun hədəfə alınması müharibə səbəbidir. 2017-ci ilin avqustunda ABŞ Konqresi tərəfindən qəbul edilən “Amerika düşmənləri ilə sanksiyalar yolu ilə mübarizə etmə” haqqında qanun Rusiya, Şimali Koreya və İranı hədəfə aldı. Qanunda İnqilab Keşişçiləri Korpusu haqda terroru dəstəkləməklə bağlı ağır ittihmlar var idi. ABŞ Maliyyə Nazirliyi də 13224 saylı qərarnamə ilə İnqilab Keşişçiləri Korpusunu sanksiya siyahısına daxil etdi. Lakin ABŞ Dövlət Departamenti bu məsələdə hələlik praktiki addım atmayıb. Belə bir addım ABŞ-ı İranla müharibə vəziyyətinə gətirəcək.

İran da öz növbəsinddə manevrlər edir. Misal üçün, Konqresin məlum qanunudan sonra İran parlamenti də “İnsan haqlarının pozulması və ABŞ-ın bölgədəki macərapərəst və terror fəaliyyəti ilə mübarizə” haqda qanun qəbul etdi. Yəni İran ona qarşı sərt addım atılacağı təqdirdə cavab verəcək.

ABŞ-ın mümkün addımları

Tramp bu ilin may ayında Səudiyyə Ərəbistanı və İsrailə səfər etdi. Hər iki ölkə anti-İran mövqeyi ilə tanınır. İranın Suriya və İraqdakı nüfuzunun qarşısını almaq üçün ABŞ bölgədə PYD/YPG gücündən istifadə edir. Mümkündür ki, Tramp İrana qarşı Şam və Bağdadı yanına çəkmək gedişləri də etsin. Lakin xüsusilə Şam rejiminin Vaşinqtona yaxınlaşmaq həvəsi yoxdur.

ABŞ üçün bölgədə ən vacib ölkə isə Türkiyədir. Tramp hesab edir ki, Türkiyənin Rusiya və İrana yaxınlaşmasının səbəbi Obamanın siyasətinin nəticəsidir, buna görə də vəziyyəti dəyişdirmək istəyir. Amma FETÖ və PKK/PYD/YPG terror təşkilatlarına münasibəti Ankaranın Vaşinqtona şübhə ilə yanaşmasına səbəb olur. Son dövrlər isə viza böhranı iki ölkə arasındakı əlaqələri ciddi şəkildə zədələdi.

Hazırda yaxınlaşan İran-Türkiyə münasibətləri fonunda ABŞ-ın Türkiyəni yenidən qazanması çətin görünür.

İran nə edə bilər?

Sanksiyalar dövründə ciddi iqtisadi problemlərlə üz-üzə qalan İran bunu bir daha yaşamamaq üçün nüvə anlaşmasının pozulmamasına çalışacaq. Digər tərəfdən də Türkiyə kimi bölgə ölkələri ilə yaxınlaşaraq, təklənmə təhlükəsinə qarşı önləyici addımlar atacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm