Nida Təhlil
“İranı Azərbaycan qarışdırır” iddiasını ortaya kim və niyə atıb? - Separatçıların yeni planı
İranda yaşanan son hadisələr müxtəlif versiyaları gündəmə
gətirdi: ekspert qrupları aksiyaların İran daxilində siyasi
hesablaşmadan tutmuş, ABŞ başda olmaqla xarici qüvvələrin
“idarəolunan xaos” nəzəriyyəsinə uyğun həyata keçirdiyi kimi fərqli
baxışlar ortaya qoyurlar. Əslində Yaxın Şərqdə cərəyan edən siyasi
toqquşmalar fonunda İrandakı aksiyalar bundan sonra da politoloji
müstəvidə müzakirə mövzusu olaraq qalacaq. Lakin bizi narahat edən
məqam baş verənlərin Azərbaycana bağlanması, dolayısı ilə
Bakı-Tehran xəttində çatların yaranmasına hesablanmış iddiaların
ortaya atılmasıdır.
Absurd iddia: “İrandakı iğtişaşlar ABŞ və İsrail
tərəfindən Azərbaycan ərazisindən idarə olunur”.
Azərbaycan dövlətinin apardığı siyasət, həmçinin, mövcud situasiya
bu iddianın absurd olduğunu açıq şəkildə ortaya qoyur.
- Azərbaycanın xarici siyasətində işğalçı Ermənistan istisna
olunmaqla bütün qonşu dövlətlərlə bərabərhüquqlu münasibətlər
qurmaq, daxili işlərinə qarışmamaq, əməkdaşlıq müstəvisini
genişləndirmək prioritet istiqamətdir.
- İndiyə qədər ABŞ-İran qarşıdurmasında Azərbaycanın platforma
olması haqda müxtəlif iddialar ortaya atılıb. Lakin bu iddiaların
əsassızlığı, rəsmi Bakının bu prosesdə yer almadığı elə rəsmi
Tehran tərəfindən də təsdiqlənib. Belə demək mümkünsə,
Azərbaycan-İran əlaqələri bu sınaqdan uğurla çıxıb və hazırda iki
ölkənin münasibətləri yüksək səviyyədir.
- Bu iddianın ortaya atılmasında “arqument” kimi Azərbaycan-İsrail
münasibətlərinin yaxşı olmasından istifadə edilir. Bəli, Azərbaycan
İranla əməkdaşlıq etdiyi kimi, İsraillə də öz maraqlarına uyğun
münasibətlər qurur. Lakin bu, hansısa regional proseslərdə müstəvi
olmaq deyil. Əslində Azərbaycan Prezidenti İlham Əliyevin Qüds
məsələsində BMT qətnamələrini dəstəkləməsi Azərbaycanın müstəqil
siyasət apardığını və iddia edildiyi kimi İsraillə münasibətlərdə
hər hansı öhdəliyimizin olmadığını bir daha sübut etdi.
- Hazırda regionda Azərbaycan-İran-Rusiya üçtərəfli iqtisadi
formatı formalaşır. Üç ölkə liderinin birbaşa iştirakı ilə həyata
keçirilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bütün region
üçün böyük iqtisadi layihədir. Bu layihə çərçivəsində Azərbaycan,
İran və Rusiya liderlərinin bu ilin birinci yarısında yeni görüşü
gözlənilir. İranla böyük iqtisadi layihələrə imza atan Bakı nədən
hansısa təhlükəli oyunlarda iştirakçı olsun?!
Göründüyü kimi, belə iddialar absurddur və bunun absurd olduğunu
İran tərəfi də anlayır. Lakin bu iddianı ortaya atan şəxsin
kimliyini və məqsədini araşdıranda ortaya maraqlı faktlar
çıxır.
İsmayıl Şabanov: Azərbaycanı İrandakı proseslərə
“bağlayan” bu şəxs Rusiyada “Talış diasporu” adlanan təşkilatın
sədridir. Şabanov 1965-ci ildə Azərbaycanın Lənkəran rayonunun
Havzava kəndində doğulub.
V.P.Qoryaçkina adına Moskva dövlət kənd təsərrüfatı universitetini
bitirdikdən uzun müddət aqronom kimi çalışıb. Həmçinin, SSRİ-də
komsomol və partiya işində fəal olub. SSRİ-nin dağılmasından sonra
isə Rusiyada “Talış diasporu” təşkilatını yaradıb. Lakin onun ötən
il Ermənistana sığınan və özünü talış kimi təqdim edən Şahin
Mirzəyev kimi talış etnik qrupuna heç bir aidiyyətinin olmadığı
deyilir. Sadəcə olaraq, o da Əlikram Hümbətov, Fəxrəddin Aboszadə
və digər separatçılar kimi talış vətəndaşlarımızın adından pul
qazanmaq üçün istifadə edir.
İ.Şabanov vaxtilə “Rusiya bizim ümidimizdir” deyir, İrəvanda
keçirilən konfransa canlı olaraq bağlanır, daha sonra “Azərbaycanda
talışlar və tatların hüquqları tapdanır” kimi iddiaları ilə çıxış
edirdi. Bu gün isə İranda baş verənləri Azərbaycanla bağlayır.
Pul qazanmağın üsulu – separatizm və talışların adından
istifadə
Şabanovun əsas fəaliyyəti indiyə qədər Rusiyada olub. Onun ən fəal
olduğu dövr isə 2013-cü il idi. Hələ o vaxt Şabanov Milli Şuraya
dəstək mesajı ünvanlamışdı. Məqsədi isə Azərbaycanlı biznesmenlərin
Rusiyada yaratdığı və Milli Şuraya dəstək verən “Milyarderlər
ittifaqı”nın xətti ilə pul qazanmaq idi. Məlumatlara görə, Şabanov
maliyyə yardımı alacağı vədi qarşılığında Rusiyada yaşayan talış
biznesmenlərin “Milyarderlər ittifaqı”na dəstəyini təmin edəcəyi
haqda söz veribmiş. Proses davam etməsə də onun müəyyən qədər
qazanc götürdüyü məlumdur.
Şabanov 2015-ci ildə Rusiya və Türkiyə arasındakı təyyarə qalmaqalı
zamanı yenidən meydana atıldı. Rusiya telekanallarının birində
verilişə qatılan Şabanov Türkiyənin Rusiya təyyarəsini vurmaqla
terrora dəstək verdiyini, Azərbaycanın da Türkiyəyə dəstək verməklə
eyni addım atdığını iddia edərək, talışların hüquqlarının pozulduğu
kimi qeyri-real, absurd fikirlər səsləndirilib. Sonda isə talış
gənclərini Azərbaycan dövlətinə qarşı çıxmağa çağırıb.
İsmayıl Şabanovun səsi bir də Əlikram Hümbətov və Fəxrəddin
Aboszadə ilə birlikdə Ermənistanda “talışşünaslıq” işinə dəstək
verməyə başlayanda çıxdı. 2016-cı ilin 3 mart tarixində İrəvanda
“Ani Plasa” hotelində keçirilən “Azərbaycanda yaşayan köklü
xalqlar: reallıqlar və perspektivlər” adlı konfransa canlı bağlanan
Şabanov yenə eyni iddialarını davam etdirdi.
Sonrada onunla Fəxrəddin Abozsadənin arasında müəyyən
anlaşılmazlıqların olduğu, daxili qarşıdurmaların baş verdiyi haqda
məlumatlar yayıldı. Görünür, mübarizə pulun bölüşdürülməsi üzərində
gedir. Çünki Əlikram Hümbətovla Fəxrəddin Aboszadənin Azərbaycana
qarşı separat fəaliyyətləri ermənilər tərəfindən maliyyələşdirilir.
Belə ki, Hollandiyada yaşayan Hümbətov Avropadakı erməni
diasporunun, Rusiyada yaşayan Aboszadə isə bu ölkədəki erməni
biznesmenlərin açıq dəstəyini alır. Vaxtilə Rusiya hökumətindən
maliyyə dəstəyi almaq cəhdləri baş tutmayan Şabanovun İrəvandakı
konfransa qatılması Hümbətov və Aboszadəyə ayrılan maliyyədən pay
götürmək niyyətindən qaynaqlanırdı. Məhz ermənilərdən alınan pulun
bölüşdürülməsində problem yaranandan sonra Şabanov fars etnik
qrupuna aid olan tatların hüquqlarının müdafiəsinə başladı. Onun
bununla İrandan dəstək almağı planlaşdırdığı aydın görünür. Əslində
“İrandakı hadisələrin Azərbaycandan idarə olunmasına” dair
iddialara bu kontekstdən baxmaq mümkündür.
O da mümkündür ki, pul bölgüsündə kənarda qalan Şabanov
Azərbaycan-İran münasibətlərini pozmağa hesablanan və Ermənistanın
maraqlarına uyğun iddia ilə çıxış etməklə ermənilərin Hümbətov və
Aboszadəyə ayırdığı maliyyədən ona da verilməsini təmin etməyi
düşünür.
Amma bu iddianın Ermənistana qədər gedib çıxdığı da istisna deyil.
Ermənistanın Azərbaycandan getmiş və etnik azlıqların adını
istismar edən separatçılardan istifadə etmək cəhdləri daim davam
edir. İstisna deyil ki, Şabanovun səsləndirdiyi iddia məhz erməni
xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Məqsəd həssas
dönəmdə Azərbaycan-İran münasibətlərini pozmaq və Bakının Tehranla
birgə həyata keçirdiyi regional layihələri sıradan çıxarmaqdır.
Ortada ermənilərdən pul qopartmaq üçün onlarla birgə hərəkət edən
satqınların oynadığı təhlükəli oyun var. Lakin satqınların milləti
– vətəni olmur və təbii ki, belə iddialar Azərbaycan-İran
münasibətlərinə xələl gətirə bilməz.
Asif Nərimanlı
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO