“Şahin”in İLK ZƏRBƏSİ, Ermənistana sərt və sarsıdıcı CAVAB… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Şahin”in İLK ZƏRBƏSİ, Ermənistana sərt və sarsıdıcı CAVAB… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribatlarına sərt cavabların veriləcəyini bəyan edib. Ermənistanın yeni prezidenti Armen Sarkisyan vəzifəsinin icrasına başlayıb. Suriyanın Şərqi Quta bölgəsi ətrafında situasiya pisləşməkdədir. Moskva Afrinin Dəməşqin nəzarəti altına qaytarılmasını istəyib. İsrail Suriyanın hökumət güclərinə məxsus aviabazaya raket zərbələri endirib. İran nüvə razılaşmasından çıxmaq istəyən ABŞ-ı hədələyib.

“Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadən növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir”. Bu haqda Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Belə ki, aprelin 8-i və 9-da Ermənistan kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması barədə məlumatlar yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan ilə dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir. Erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq yayılacağı istisna edilmir.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq, tərəfimizdən dərhal, sərt və sarsıdıcı cavablar veriləcək", - bəyanatda qeyd edilir.

Bu gün Ermənistanın yeni prezidenti Armen Sarkisyan vəzifəsinin icrasına başlayıb. Armen Sarkisyanın inaqurasiyası Demirçiyan adına İrəvan İdman-konsert kompleksində təşkil olunub.

Qeyd edək ki, bununla da ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yeni konstitusiyaya görə, ölkənin ali icraçı orqanı baş nazirin rəhbərlik etdiyi hökumətdir. Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir. Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq.

Aprelin 17-də Ermənistan parlamentində baş nazir seçkiləri keçiriləcək.

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon söhbəti olub. Bu haqda Türkiyə prezidentinin mətbuat xidməti bildirib.

Türkiyə prezidenti rusiyalı həmkarına Dəməşq şəhərətrafında yerləşən Şərqi Quta, həmçinin Duna şəhərində hücumlarla əlaqədar narahatlığını çatdırıb. Həmsöhbətlər həmçinin Dəməşqin şəhərətrafına humanitar köməyin çatdırılması və bölgədə mülki əhali arasında qurbanların qarşısının alınması üzrə birgə addımların əhəmiyyətini vurğulayıblar.

Afrində vəziyyətin normallaşdırılmasının ən sadə yolu onun Dəməşqin nəzarəti altına qaytarılmasıdır. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Afrina məsələsi aprelin 4-də Ankarada keçirilən Türkiyə-İran-Rusiya üçtərəfli sammitinin gedişatında müzakirə edilib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Afrini işğal etmək istədiklərini bildirməyib”, - o bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb. Əməliyyatın 58-ci günündə Afrin şəhəri PKK/YPG terrorçularından təmizlənib.

“Münbiç əməliyyatının ilk mərhələsi başlayıb”. Bunu Konyada keçirilən bir konfransda təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar bildirib.

“Bu prosesdə ən əhəmiyyətli hazırlıqlardan biri siyasi danışıqlardır, yəni diplomatiya fəaliyyətin bir hissəsidir. Əgər amerikalılarla, Rusiya, İran və digər tərəflərlə görüşürüksə, bu, əməliyyatın ilk mərhələsinin başlanması deməkdir”, - o deyib.

Mete Yarar Türkiyənin hazırda ölkə xaricində eyni vaxtda 3 əməliyyatı keçirdiyini vurğulayıb:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bəşər Əsəd rejiminin Şərqi Quta bölgəsinə kimyəvi silahla hücum etməsindən sonra Rusiya ABŞ-ın raket hücumu və ya digər şəkildə müdaxiləsinə qarşı Suriyada hərbi mövqeyini dəyişməyə qərar verib. Suriyada yerləşdirilən S-400 havadan müdafiə sistemi aktiv fəaliyyətə keçirilib. Suriyanın daxilində Ruiyaya aid hərbi qüvvələrin olduğu bütün bazalarda qırmızı həyəcan siqnalı verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib. Rusiya və İranın "heyvan" Bəşər Əsədə dəstək verdiyini vurğulayan Tramp Tvitterdəki səhifəsində yazıb ki, Bəşər Əsəd bunun üçün cavab verəcək.

Bu gün isə Tramp Tvitter səhifəsində keçmiş prezident Barak Obama Suriya məsələsində kifayət qədər sərt olmadığını yazıb. “Əgər Prezident Obama özünün bəyan etdiyi qırmızı xətti keçsəydi, Suriya fəlakəti çoxdan həll olardı. Vəhşi Əsəd artıq tarixin parçası olardı”, – deyə o bildirib.

Suriyada hökumət güclərinə qarşı zərbələr istisna edilmir. Bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

Qeyd edək ki, ABŞ müdafiə naziri Ceyms Mettis hərbi müdaxilələrə qarşı çıxmayan bir nazir kimi tanınır.

Suriyanın Xüms şəhərində hökumət güclərinə aid T-4 hərbi hava bazası raket hücumuna məruz qalıb. Bu haqda Suriyanın dövlət agentliyi olan SANA məlumat yayıb.

"T-4 təyyarə bazasına bir neçə raketlə hücüm edilib. Bunun ABŞ-ın təcavüzü olduğu istisna edilmir", - agentlik xəbər verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyanın aerodromuna aviazərbələri İsrailin Hərbi Hava Qüvvələri endirib. Bu haqda Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, hücum bazar ertəsi gecə 03:25-lə 03:53 arasında həyata keçirilib.

“İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbəni endirib", - idarədən bildiriblər.

Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib. Hücum vaxtı Rusiya məsləhətçilərinin zərər çəkmədiyi bildirilir.

ABŞ prezidenti Donald Trampın administrasiyası bu həftə Rusiya barəsində yeni sanksiyaları müzakirə etməyi planlaşdırır. Bu haqda Dövlət Administrasiyasına yaxın mənbəyə istinadən “Kommersant” nəşri bildirib.

Bu gün prezidentin milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində işə başlayan Con Bolton sanksiyaların yeni layihəsinin müəllifidir. O, Rusiya ilə bağlı radikal mövqeyilə məşhurdur. “Yeni Amerikan əsri” layihəsinin öndə gələn adlarından olan Con Bolton neocon qanadın “şahin”i hesab edilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Suriyadan çıxmaq deyil, orada uzun müddət qalmaq niyyətindədir. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Həmin iştirakçıların koalisiya üzvü olduğu faktını nəzərə alsaq, ABŞ-ın özü məsələni Trampın dediyi kimi Suriyadan çıxmağa aparmır. ABŞ burada uzun müddətə möhkəmlənmək üçün Suriyanı müttəfiqlərinə buraxır”, - Lavrov bildirib.

İran nüvə razılaşmasından çıxan ilk ölkə olmayacaq. Bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Biz razılaşmanı pozan ilk ölkə olmayacağıq, ancaq əgər onlar razılaşmanı pozsalar, peşman olacaqlar. Düşündüklərindən daha hazırlıqlıyıq və bunu razılaşmanı pozandan sonra bir həftə ərzində görəcəklər”, – deyə o bildirib.

“Sergey Skripal, Boris Berezovski və Aleksandr Litvinenko işləri bir ssenari üzrə açılır”. Bu haqda Rusiyanın baş prokurorunun müavini Saak Karapetyan bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya nüvə silahlarını modernləşdirir, buna görə də NATO nüvə müqavimətini gücləndirməlidir. Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Soyuq müharibənin bitməsindən sonra nüvə müqavimətinin az əhəmiyyətli olacağını düşünürdük, ancaq əslində daha vacib məsələyə çevrildi. Rusiya kimi köhnə nüvə gücləri nüvə imkanlarını modernləşdirir və bununla bağlı olaraq NATO-nun etibarlı və güclü müqavimətini qoruyub saxlaması lazımdır. Əlbəttə ki, nüvə qüvvələri bütün müttəfiqlər üçün etibarlı müqavimətin tərkib hissəsidir”, - Stoltenberq bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm