Nida Təhlil
Paşinyanın Tbilisi səfərinin SİRRİ: İrəvanın Bakı qorxusu və ruslara qarşı YENİ OYUN
Ermənistanın baş naziri Nikol Paşinyan 30-31 may
tarixində Gürcüstana səfər edəcək.
Publika.az xəbər verir ki, Paşinyandan öncə isə Ermənistan
prezidenti Armen Sarkisyan 25-26 may tarixində Tbilisiyə
gedəcək.
Ermənistanın prezidenti və baş nazirinin Gürcüstan səfərləri
regional münasibətlər fonunda diqqət çəkir.
Təbii ki, İrəvanın məqsədi Bakı-Tbilisi xəttini yarmaq və regionda
İrəvan-Tbilisi münasibətlərini gücləndirməkdir.
İrəvan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Bakı tərəfindən
məruz qaldığı blokada siyasətinin təsirlərini azaltmaq istəyir.
Tbilisinin Ermənistanla əməkdaşlıqda marağı daha çox Rusiya
təsirinə qarşı barrikada qurmaq gedişindən qaynaqlanır. Lakin
Gürcüstanın Azərbaycanın istəyinin əleyhinə tamamilə çıxacağı
ehtimalı zəifdir.
Burada daha çox ABŞ-Rusiya qarşıdurmasının təzahürləri hiss olunur.
Ermənistanda hakimiyyət yenicə dəyişib və İrəvanda Qərb təsirləri
güclənir. ABŞ üçün Ermənistanı rusların ovcundan çıxarmaqda
NATO-nun artıq özünə yer elədiyi Tbilisidən yaxşı platforma yoxdur.
Deməli, Sarkisyan və Paşinyanın Gürcüstan səfərinə daha çox qlobal
proseslər fonunda baxmaq olar.
Diqqət çəkən digər məqam Gürcüstanın baş naziri Qeorqi
Kvirikaşvilinin hazırda ABŞ-da səfərdə olmasıdır. Bu, o deməkdir
ki, Paşinyan Tbilisidə ABŞ-dan yenicə qayıtmış gürcü baş nazirlə
görüşəcək. Və mümkündür ki, regionda ruslara qarşı yeni oyunun
konturları cızılır.
Asif
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO