Nida Təhlil
Əliyevlə Paşinyan arasındakı razılaşmanın SİRRİ: Ərdoğanın PLANI İŞƏ DÜŞÜR VƏ... - Tarasov AÇIQLADI
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş
naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədə keçirilən
iclası çərçivəsində görüş zamanı təmas xəttində gərginliyin
azaldılması üçün iki ölkənin hərbiçiləri arasında əlaqənin
yaradılması haqqında razılığa gəldilər.
Publika.az xəbər verir ki, bu razılaşma münaqişənin həlli
olunması ilə bağlı aparılan uzunmüddətli danışıqlarda nadir rast
gəlinən məqamdır.
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav
Tarasov iddia edir ki, prosesə Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğan daxil olacaq.
“Proqnozumuz belədir ki, Əliyevlə Paşinyanın razılaşması praktiki
olaraq reallaşmağa başlayanda Ərdoğan prosesə daxil olacaq. Ankara
Ermənistanla münasibətləri normallaşdırmaq və Azərbaycanın ərazi
bütövlüyünün bu formada həllini tapmasını istəyir. Görünür, Bakı və
Ankara Qarabağla bağlı birgə strateji plan hazırlayıblar və
Düşənbədəki razılaşma bu planın ilk mərhələsinin başlanması idi”, -
deyə o bildirib.
Asif
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan