Nida Təhlil
Paşinyan arvadını Qarabağa NƏ ÜÇÜN GÖNDƏRDİ? - İrəvandan ŞOK GEDİŞ
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı
Anna Hakopyanın Rusiyadan olan qadınları başına toplayaraq
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlişi və təmas
xəttində “sülh mesajları” verməsi ermənilər tərəfindən də birmənalı
qarşılanmayıb.
Publika.az xəbər verir ki, Ermənistan mediası ölkəni idarə
edən ər-arvadı qorxaqlıqda ittiham edib.
Erməni şərhçi Romella Mnasakanyan yazır ki, Anna Hakopyanın özü ilə
Qarabağa gətirdiyi qadınlar Rusiyada Putinə qarşı çıxan şəxslərdir:
“Bu, demokratik prinsiplər fonunda normal görünə bilər. Lakin
Paşinyanın həyat yoldaşının rusiyalı qadınlarla Qarabağda “sülh
mesajları” verməsi əslində Moskvaya yarınmaq gedişidir və bu
prosesi yeni hakimiyyət əvvəldən aparır”.
R.Mnasakanyan qeyd edir ki, cəbhədə daim döyüşlər gedir və rəqibin
güclü ordusu erməni hərbçiləri qarşısında olduqca böyük görünür:
“Lakin sadə erməni uşaqları oliqarx övladlarından fərqli olaraq
postda dayanırlar. Hakopyanın təmas xəttində verdiyi mesajlarsa
hakimiyyətin qorxaqlığının nümayişidir. Hərçənd, onların Rusiyaya
hesablanmış gedişləri də baş tutmur. Çünki Rusiya mediası bu səfər
haqqında bir cümlə də yazmadı. Bu, Moskvanın Bakıya dəstəyinin açıq
nümunəsidir”.
Asif
-
Qoroskop01:20Günün ulduz falı: artıq daha böyük məsuliyyət götürmək vaxtıdır
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 15 Mart 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq15 Mart 17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215 Mart 15:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
















.jpg)





















