Nida Təhlil
İran elan etdi: ABŞ-a qarşı yeni cəbhələr haradan açılacaq?
İranın yeni dini lideri Müctəba Xamenei xalqa ilk müraciətində ABŞ və İsrailə qarşı yeni cəbhələrin açılacağının anonsunu verdi. Bildirdi ki, “düşmənin az təcrübəyə malik olduğu və xüsusilə həssas olduğu bölgələrdə digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb, müharibə vəziyyəti davam edərsə və məqsədəuyğun hesab olunarsa, həmin cəbhələr aktivləşdirilə bilər”.
ABŞ və İsrailə qarşı İranın mümkün yeni cəbhəsi proksi qüvvələrini – Hizbullah, husilər, İraqdakı milis qüvvələri və s. – aktivləşdirməkdir. İndiyə qədər proksi qüvvələr müəyyən addımlar atsa da, prosesə tamhəcmli qoşulduqları müşahidə edilmir. Müharibənin gedişatında bu qüvvələrin müharibəyə total şəkildə daxil olacağı istisna deyil. Lakin proksi qüvvələr ənənəvi cəbhədir, Müctəba Xamenei isə ABŞ və İsrailin “gözləmədiyi və həssas bölgələrdən” hücuma keçəcəkləri xəbərdarlığını edir.
İranın yeni cəbhənin açılması addımları ilə bağlı müəyyən təxminlər irəli sürmək mümkündür.
1. Regionda və İranın təsir imkanlarının olduğu ölkələrdə ABŞ və İsrail səfirliklərinə, eləcə də bu ölkələrin vətəndaşlarına kütləvi hücumların edilməsi;
2. ABŞ daxilində “qisas əməliyyatlarının” keçirilməsi: FTB daha öncə mümkün risklərlə bağlı xəbərdarlıq etmişdi; az ehtimal olsa da, ABŞ sahillərinə yaxın ərazidəki gəmilərdən Kaliforniyaya dron hücumları qiymətləndirilir;
3. İranın “inqilab ixracı” coğrafiyası kimi gördüyü ölkələrdə gizli hücrələrin hərəkətə gətirilməsi;
Bununla yanaşı, bölgədəki ABŞ bazalarına zərbələr və proksi qüvvələrin ənənəvi hücumları da davam etdiriləcək. Hərçənd, İran raket ehtiyatlarının tükənməsi fonunda yer hücumları (bazaların yerləşdiyi ölkələrdəki qruplar vasitəsilə) mərhələsinə keçid edilə bilər. Tehran qonşu ölkələrə hücumları dayandırdığını elan etmişdi, bu ssenari isə müharibənin regiona yayılması taktikasında növbəti mərhələ ola bilər.
Asif Nərimanlı
-
Region22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ

































.jpg)



