Nida Təhlil
Türkiyənin bu kanalında İran müharibəsi ilə bağlı iddia: Azərbaycan hədəf göstərilir
İranın Naxıvana dron hücumundan sonra Türkiyədə Azərbaycana qarşı başlanan kampaniya səngisə də, “Sözçü Tv” yeni iddialarla missiyanı davam etdirir.
Dünən “Sözçü Tv”-də yayımlanan proqramda aparcı Serdar Cebe iddia edir ki, İran müharibəsində Trampın masasına “Azərbaycan variantı” qoyulub. İrana cənubdan quru əməliyyatının keçirilməsi planı baş tutmayan ABŞ şimaldan – Azərbaycandan müdaxilə variantı üzərində düşünür.
Adətən müharibə planı ilə bağlı məlumatlar beynəlxalq mediada ortaya çıxır. Belə bir məlumat, iddia, yaxud fikir nə beynəlxalq, nə də ABŞ mediasında yoxdur. “Sözçü” isə “Trampın masasına qoyulan Azərbaycan variantını” özlərinin əldə etdiyi iddiasındadır. Bu məqam iddianın təkcə doğru olmadığını göstərmir, həm də Azərbaycana qarşı məqsədyönlü şəkildə ortaya atıldığını deməyə əsas verir.
İddianın davamında qeyd edirlər ki, “müharibədən öncə Azərbaycana hərbi qüvvələrin toplandığı” xəbərləri yayılmışdı. Belə bir məlumat olmayıb, əksinə, Vensin regiona səfəri zamanı ABŞ-dan Ermənistana hərbi yüklərin daşındığı deyilirdi. “Sözçü”nün diqqəti Ermənistanın yox, məhz Azərbaycanın üzərinə çəkməsi də Bakıya qarşı davamlı təbliğatın tərkib hissəsidir.
Bu cür iddialar İran müharibəsində Azərbaycanın hədəf göstərilməsi məqsədi daşıyır.
Asif Nərimanlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







