Yüz il əvvəlki PLAN, Qarabağla bağlı QƏRAR VERİLƏCƏK TARİX... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yüz il əvvəlki PLAN, Qarabağla bağlı QƏRAR VERİLƏCƏK TARİX... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakının Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə nizama salınması prosesinin başlanğıcına malik olan substantiv danışıqların davamına hazır olduğunu bildirib. Elmar Məmmədyarov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması məsələsi ilə bağlı mətbuatda aparılan müzakirələri şərh edib. Türkiyə prezidenti səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı önəmli detalları açıqlayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Hespel Türkiyəyə gəlib.

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə nizama salınması prosesinin başlanğıcına malik olan substantiv danışıqların davamına hazırdır”. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı nəticəyə hesablanmış məsuliyyətli dialoqun irəliləyişi haqqında mövqeyini dəfələrlə səsləndirib: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin qayıdışı və onların təhlükəsizliyinin təmin edilməsi, Dağlıq Qarabağa Azərbaycan və erməni icmalarının iştirakı ilə geniş muxtariyyət hüququnun verilməsi və s. MDB-nin Düşənbədə keçirilən son sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri arasında məzmunlu dialoqun keçirilməsi də Azərbaycanın münaqişənin həllinə hazırlığının aşkar nümunəsidir. Əfsuslar olsun ki, İrəvanda hakimiyyət dəyişikliyi və indiyə qədər müşahidə olunan siyasi burulğan prosesi tormozladı. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın vaxtlarda mövcud format çərçivəsində və məlum çağırış əsasında danışıqlar prosesinin davamı üçün siyasi iradə nümayiş etdirə biləcək”.

“Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan tarazlaşdırılmış xarici siyasət aparır”. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində “Mətbuatda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması məsələsi fəal müzakirə olunur. Həqiqətənmi, bu təşkilata üzv ölkələrlə danışıqlar aparır?” sualına cavabında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaq. Artıq o haqda danışırlar ki, 2019-cu ilin may ayında münaqişə ilə bağlı Ermənistan üçün arzuolunmaz qərarlar veriləcək. Bu barədə erməni siyasi şərhçi Hakop Badalyan deyib.

Erməni şərhçi hesab edir ki, bu məsələ ilə bağlı yayılan xəbərlər Ermənistan daxilində Nikol Paşinyanın nüfuzunu salmağa da hesablanmış ola bilər: “Belə cəhdlər dəfələrlə olub. Lakin burada ABŞ-ın İrəvandakı səfirinin “münaqişənin istənilən həll variantı ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə nəticələnəcək” açıqlaması diqqət çəkir. Mümkündür ki, problemin həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Paşinyan seçkiləri keçirmək və daxili siyasətdəki burulğanları geridə qoymaq üçün zaman istəyib”.

Badalyan qeyd edir ki, burada Ermənistan daxilində münaqişənin həllini arzulayanların da mövqeyi az da olsa görünür. Misal üçün, “Vikiliks” nəşri yazırdı ki, 2008-ci ildə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan ABŞ səfirini münaqişənin həlli üçün Serj Sarkisyana təzyiq etməyə inandırmışdı. Bu kontekstdə ABŞ səfirinin son bəyanatı diqqət çəkir. Seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verəcəyi qaçılmaz olacaq.”

“Cümhur İttifaqı” dayandırıldı, yerli seçkilərdə ittifaq olmayacaq. Bu barədə MHP sədri Dövlət Baxçalı bu gün qrup toplantısında elan edib.

“Partiya olaraq 31 mart 2019 bələdiyyə seçkiləri ilə bağlı hər hansı bir ittifaq gözləntimiz, axtarışımız, niyyətimiz qalmamışdır. Öz yolumuzu sadəcə özümüz müəyyənləşdirəcəyik”, - o deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da MHP sədri Dövlət Baxçalının “ittifaq bitdi” sözlərinə münasibət bildirib.

“Hörmətlə yanaşırıq. Deyəcəyimiz tək bir şey var. Bir halda ki yerli seçkilərdə “öz yolumuzla gedirik” deyirlər, o zaman biz də “hər kəs öz yoluna” deyərik”, - Ərdoğan deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edib. Prezident səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı önəmli detalları açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan və sonradan qətli Ər-Riyad tərəfindən etiraf edilən səudiyyəli jurnalist Camal Qaşıqçı məsələsi dünya siyasətinin bir nömrəli mövzusu qalmaqda davam edir. Qaşıqçı mövzusunun müzakirəsi üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Hespel bu gün Türkiyəyə gəlib.

ABŞ prezidenti Donald Tramp tərəfindən göndərilən Hespel Qaşıqçının istintaqı üzərində çalışacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Kim nə deyirsə-desin, Camal Qaşıqçı cinayəti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa təlimatı ilə reallaşmışdır. Türkiyəyə göndərilən cinayət qrupu tamamilə onun yaxın ətrafından ibarətdir”. Bunu Türkiyənin “Yeni Şəfəq” nəşrində siyasi şərhçi İbrahim Karagülyazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan və sonradan qətli Ər-Riyad tərəfindən etiraf edilən səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədi konsulluğun evinin quyusunda tapılıb. Bunu Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm