Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI, 7 ölkədən AĞIR ZƏRBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI, 7 ölkədən AĞIR ZƏRBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib. Con Bolton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti qəbulolunmaz bəyanatla çıxış edib. Ermənistan parlamenti xüsusi iclasında baş naziri seçə bilməyib. Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətinin üstünün örtülməsi və detalların gizlədilməsi qarşılığında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana “siyasi rüşvət” təklif edib. ABŞ və 6 ərəb ölkəsindən İrana ağır zərbə gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Con Bolton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"ABŞ enerji resurslarının alternativ təchizatçısı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirir". Bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O qeyd edib ki, bu məsələ Azərbaycan Prezidenti ilə görüşdə geniş müzakirə olunub: "Azərbaycanın beynəlxalq enerji bazarlarındakı iştirakı məsələsini müzakirə etdik. O cümlədən Cənub Qaz Dəhlizi layihəsi xüsusilə əhəmiyyətə malikdir. Bizim üçün Azərbaycanın bu sferada aktiv rolunun qorunması böyük önəm daşıyır".

“Dağlıq Qarabağ “hakimiyyəti” danışıqlar masasında iştirak etmədiyi müddətdə münaqişənin həlli uzaqdadır”. Bu barədə Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan parlamentin baş nazirin seçilməsi ilə bağlı keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağ konfliktinin həllində Petrosyan dövründəki tezisə dönüş etmək olmaz. Bunu “Ayots Aşxar” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Məncə, Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük səhvimiz hələ Levon Ter-Petrosyan dövründə irəli sürülən tezisdir. Həmin tezis Ermənistanın Qarabağ hakimiyyətinin razılaşacağı istənilən sülh müqaviləsinə qol çəkməyə hazır olması barəsindədir. Bu yanaşma bizim üçün Lissabon sammitində arzuolunmaz qətnamənin qəbul olunması ilə nəticələndi”, – deyə o bildirib.

O, belə yanaşmanın Qarabağı az sayda resursla danışıqlar masasında yalnız qoyduğunu deyib.

“Operativ əlaqə təmas xəttində təsadüfi eskalasiyanın qarşısını almaq üçün mövcuddur. Amma əgər yüksək səviyyədə qərar veriləcəksə ki, müharibə olmalıdır, onda bu razılıqdan asılı olmayaraq, müharibə olacaq”. Bunu Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik Düşənbə razılaşmasına əsasən Azərbaycan ilə etibarlı operativ əlaqənin yaradıldığı barədə Ermənistanın baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.

Ekspert vurğulayır ki, hansısa bir vaxtda müharibə qaçılmazdır. Onun sözlərinə görə, Azərbaycan hərbi texnikanın sayı və onun gücü baxımından Ermənistandan kifayət qədər üstündür.

Aleksandr Xramçik qeyd edib ki, Ermənistanda baş vermiş daxili siyasi hadisələrdən sonra, Dağlıq Qarabağ məsələsində dəyişikliklər olmayıb.

“Mən bilmirəm, danışıqlar nəyə gətirib çıxara bilər, amma tərəflərin mövqeyi əsla dəyişməyib”, - rusiyalı ekspert əlavə edib.

Ermənistanın prezidenti Armen Sarkisyan İsveçrənin İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edib. Sarkisyan noyabrın 11-də I Dünya müharibəsinin başa çatmasının 100 illiyinin qeyd ediləcəyini deyib və bildirib ki, bunun qondarma “erməni soyqırımı”nın “tanınması”na səbəb olacağına ümid edir.

Ermənistan prezidenti Ərdoğanla dialoqa hazır olduğunu bildirib.

“Mən Ərdoğana deyərdim: salam, cənab prezident. Düşünürəm, biz müzakirə etməliyik. Siz Türkiyənin, mən Ermənistanın prezidentiyəm. Mənim əcdadlarım Ərzurum, Van və Bitlisdəndir. Niyə Türkiyə və Ermənistan münasibətləri, bizim ortaq tariximiz haqqında danışmamalıyıq? Biz təkcə tarix yox, həm də gələcək haqqında, sizin və bizim övladlarımız, nəvələrimiz barədə danışmalıyıq. Mən xaçpərəstəm, xristianlıq bağışlamağı öyrədir, lakin bağışlama yalnız günahın etiraf edildiyi halda mümkündür”, - deyə Sarkisyan iddialı çıxış edib.

Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətinin üstünün örtülməsi və detalların gizlədilməsi qarşılığında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana “siyasi rüşvət” təklif edib. Bu iddia isə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.

İddiaya görə, ABŞ mərkəzli "Nyu-York Times"ın xəbərinə görə, siyasi təkliflər Kral Salman bin Əbdüləzizə çox yaxın olduğu bildirilən Məkkə əmiri Xalid əl-Faysal vasitəsilə çatdırılıb. Faysalın oktyabrın 11-də Ankaraya gəldiyi bildirilir.

Qətərə qarşı embarqonun ləğvinin də yer aldığı təkliflər paketinin Türkiyə prezidenti tərəfindən rədd edildiyi deyilir.

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətli ilə əlaqədar ABŞ-ın Ər-Riyada qarşı tətbiq edəcəyi sanksiyalar məlum olub. ABŞ-ın dövlət katibi Maykl Pompeo səudiyyəli səlahiyyətlilərin vizalarının ləğv ediləcəyini, viza qadağası və digər sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanın rəsmiləri Türkiyə polisinə jurnalist Camal Qaşıqçının öldürüldüyü İstanbuldakı baş konsulluğun bağçasındakı quyuda axtarış aparmağa icazə verməyib. Hüquq-mühafizə orqanlarındakı mənbələr Qaşıqçının öldürülməsi ilə bağlı aparılan istintaqın bəzi detallarını mediaya sızdırıb.

Məlumata görə, Türkiyə polisi öldürülən jurnalistin cəsədini axtarmaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun bağçasındakı quyuya baxmaq istəyiblər. Lakin konsulluğun səudiyyəli rəsmiləri buna icazə verməyib

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyini almadan Qaşıqçı cinayətini törədə bilməzdi. Bunu İran Prezidenti Həsən Ruhani deyib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının Ər-Riyadın İstanbuldakı Konsulluğunda öldürüldüyünü təsdiqləyib.

ABŞ və 6 ərəb ölkəsindən İrana ağır zərbə gəlib. ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Oman İranın 9 vətəndaşını “terror siyahısı”na daxil edib.

Onların arasında İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Qüds Gücləri” elit birliyinin komandiri Kasım Süleymani (İranın Yaxın Şərqdəki qılıncı adlandırılır –red.) də var. Digər şəxslərin kimliyi açıqlanmayıb.

"ABŞ hələlik Rusiyaya qarşı yeni sanksiya tətbiq etməyi düşünmür". Bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O, bu yaxınlarda ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq etdiyini xatırladıb: “Bildiyiniz kimi, 4 ay bundan əvvəl “Skripal qalmaqalı” ilə bağlı Rusiyaya qarşı sanksiya tətbiq etmişik. Bu sanksiyanı ləğv etmək, yaxud uzatmaq üçün 6 ay vaxt keçməlidir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm