Türkmənistan-Azərbaycan əlaqələrində böyük dəyişikliklərin şahidi olacağıq - Ehtiram Aşırlı
Bizi izləyin

Nida Təhlil

Türkmənistan-Azərbaycan əlaqələrində böyük dəyişikliklərin şahidi olacağıq - Ehtiram Aşırlı

“Türkmənistan Azərbaycan üçün olduqca vacib bir ölkədir. Türk xalqları arasında bizə ən yaxını məhz türkmənlərdir. Türkmənlərlə azərbaycanlılar eyni kökdən formalaşan millətlərdir. Buna görə də düşünürəm ki, bu münasibətlər qat-qat sıx və yüksək səviyyədə olmalıdır. Cənab Prezidentin Türkmənistana səfəri bu istiqamətdə çox vacib bir addımdır. Bundan sonra da iki dövlət arasında bu istiqamətdə müsbətə doğru böyük dəyişikliklərin şahidi olacağıq”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

E.Aşırlı qeyd edib ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov nəqliyyat, ətraflı tədqiq və bütün müvafiq məsələlərin vaxtında həlli məsələlərinin müzakirəsi üçün Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması yönündə lazımi addımların atılmasına dair göstəriş verib.

“Berdıməhəmmədov Türkmənistan, Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçən və geniş geoiqtisadi məkanda səmərəli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edəcək "Lazurit" beynəlxalq nəqliyyat-tranzit dəhlizinin vacibliyini vurğularıb. Prezident, həmçinin qeyd edib ki, Türkmənistan TRASEKA proqramının fəal tərəfdaşı və iştirakçısı qismində çıxış etməyə hazırdır.

Məlumat üçün qeyd edim ki, sözügedən layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutub. 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabadda Əfqanıstanın iqtisadi inkişafına həsr olunan VII Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Konfransı çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lazurit” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında sazişi imzalayıb. Bu dəhliz vasitəsilə Əfqanıstandan yüklərin Cənubi Qafqazdan keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit qiymətli daşının rənginə (göy rəngə çalır) uyğun götürüb. Hazırda bu layihə Cənubi və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək “Yeni İpək Yolu”nun davamı kimi qiymətləndirilir.

Nəzərə alsaq ki, Azərbaycan regionda bütün nəqliyyat-tranzit layihələrini dəstəkləyir və bu layihələrin həyata keçirilməsində açar rolunu oynayır, bu baxımdan sözügedən layihənin əhəmiyyətini, Azərbaycanın tranzit ölkə olaraq rolunu ortaya qoyur. Bu baxımdan cənab Prezidentin Türkmənistana reallaşdırdığı rəsmi səfər iki ölkə arasındakı əlaqələrin və yeni layihələrin inkişafına təkan verir”, - deyə politoloq bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan səfəri qarşı tərəfin xahişi ilə baş tutub. Səfərdən öncə Türkmənistan baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana səfər etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm