Ermənistan rəhbərliyinin Moskva ilə barışmaq cəhdi - "SURİYA SİLAHI" işə yarayacaq?
Bizi izləyin

Nida Təhlil

Ermənistan rəhbərliyinin Moskva ilə barışmaq cəhdi - "SURİYA SİLAHI" işə yarayacaq?

“Tonoyanın Ermənistan Suriyaya humanitar yardımlarını davam etdirəcəyi ilə bağlı açıqlaması Moskva ilə əlaqələrin normallaşması istiqamətində atılmış addım olaraq qiymətləndirilməlidir. Digər önəmli bir fakt isə Serj Sərkisyan dövründə də Suriyaya humanitar yardım göndərildiyi məlumdur”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi analitik Ehtiram Aşırlı deyib.

Politoloq bildirib ki, hətta həmin dövrdə erməni KİV-də çıxan məlumatlara əsasən, humanitar yardım adı altında Suriyada yaşayan ermənilər ölkəyə gətirilərək işğal olunmuş Azərbaycan torpağı Qarabağda və ölkənin müəyyən şəhərlərində yerləşdirilirib:

“Onların yaşayışını təmin etmək üçün yeni binaların tikilməsi barədə qərarların qəbul edildiyi də məlumdur. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, bəzi mənbələrdə 20 minə yaxın, bəzi mənbələrdə isə 15 minə yaxın erməni Suriyadan gətirilərək Ermənistanda yerləşdirilıib. Təbii ki, bu addımı atmaqda əsas məqsəd ölkədəki demoqrafik vəziyyəti düzəltmək üçün nəzərdə tutulmuşdu, lakin erməni KİV-də yayılan məlumatlara əsasən işsizlikdən əziyyət çəkən həmin erməni vətəndaşların müəyyən bir qismi Avropaya və Kanadaya üz tutub. Fikrimcə, Ermənistan növbəti dəfə humanitar yardım adı altında orada yaşayan erməni vətəndaşlarına yalan vədlər verərək ölkəyə gətirməyi planlaşdırırlar. Beləcə ölkədəki demoqrafik vəziyyəti qismən də olsa bərpa etməyə çalışırlar. Digər tərəfdən, hesab edirəm ki, yaxın zamanlarda Suriyada yaşayan ermənilərin ölkələrinə qayıtmalarına dair xəbərlərə də rast gələcəyik. Bir sözlə, əsas məqsəd humanitar yardım adı altında orada yaşayan ermənilərin ölkəyə qaytarılmasıdır”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi keçən ilin sentyabr ayında Suriyaya humanitar yardım göndərmək niyyətində olduğunu bildirmişdi. Devid Tonayan son çıxışında qeyd edib ki, Suriyada yaşayan ermənilərin sayı azalmaqdadır və onlara yardım lazımdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm