Nida Təhlil
Vidadi İsgəndərliyə sığınacaq verən Fransa beynəlxalq hüquqa qarşı
Özünü “siyasi mühacir” adlandıran Vidadi İsgəndərlinin
Fransada – qanunun şah olduğu deyilən bu ölkədə oturub Azərbaycana
qarşı ağzı köpüklənə-köpüklənə söyüşlə söyməsinə kifayət qədər
şərait yaradılıb. Belə görünür ki, terrora çağırış edən, zorakılığı
təbliğ edən Vidadi İsgəndərlinin bu davranışı nə qədər beynəlxalq
hüquqa ziddirsə, onu torpağında saxlayan və terror əsdirməsinə
şərait yaradan Fransa da eyni məsuliyyəti daşıyır.
Çünki insanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion
davranışa sövq etmək suveren xalqın iradəsinə, demokratiya
normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir. Buna rəğmən,
şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə
yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən
eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə
çağıran Vidadi İsgəndərlinin qanunsuz və cinayətkar fəaliyyətinə
hər cür şərait yaradılması diqqət çəkir.
Vidadi İsgəndərli Azərbaycanda olarkən heç bir siyasi fəaliyyət
göstərməyib və buna görə də “siyasi mühacir” sayıla bilməz. O,
vaxtilə işlədiyi dövlət orqanından yol verdiyi ciddi nöqsanlara
görə çıxarıldıqdan sonra qisas almaq məqsədilə Azərbaycanda
pozuculuq fəaliyyəti göstərib, sosial şəbəkələrdə yerləşdirdiyi
videolarda iğtişaşlar törədəcəyini, hakimiyyəti devirəcəyini
dəfələrlə bəyan edib.
Bu fakt həmin adamın Azərbaycan xalqının iradəsinə hörmətsizliyini
və qanunazidd əməllər törətdiyini aydın şəkildə göstərməklə yanaşı,
həm də onun psixoloji cəhətdən adekvat olmadığını anlamaq üçün
kifayətdir.
Bu, Azərbaycan dövlətinə və millətinə qarşı açıq-aşkar təxribat və
hörmətsizlikdir. Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun
fəaliyyətinə hər cürə şərait yaradılması Fransa hakimiyyətinin
Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur.
Fransa dövləti, bu ölkənin aidiyyəti orqanlarını Vidadi
İsgəndərlinin tetor və zorakılıq çağırışlarına diqqət yetirməli və
müvafiq tədbirlər görməlidirlər. Əks təqdirdə, bu ölkənin özü də
beytnəlxalq hüquq qarşısında məsuliyyət altına düşür.
Publika.az
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...




































