Paşinyana Qarabağ MESAJI, düşmənə ilk ZƏRBƏNİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Paşinyana Qarabağ MESAJI, düşmənə ilk ZƏRBƏNİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli texnikanın Suriyanın Münbiç bölgəsinə hərəkəti davam edir. Rusiya ABŞ-da 2016-cı ildə keçirilən seçkilərə müdaxilə edərək Donald Trampın prezident olmasını təmin edib. ABŞ Rusiya sərhədlərində strateji silahlar yerləşdirir. ABŞ prezidenti Donald Tramp maliyyə naziri Stiven Mnuçini istefaya göndərməyi planlaşdırır. İsrail dünən Suriyada İranın “Fəcr 5” raketlərinin olduğu anbarları bombardman edib.

Əgər Ermənistan təcrid olunmuş bir ölkə kimi yaşamaq istəmirsə, problemləri aradan qaldırmalıyıq. Bizim həssaslığımız bəllidir, Azərbaycanı qəbul edəcəyi hər bir həll yolunu biz də dəstəkləyərik. Bunu ötən gün ölkənin Xarici İşlər Nazirliyinin başçısı ilin yekunları və ölkənin xarici siyasəti ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda yeni formalaşan hökumətin başçısı Nikol Paşinyan 27 dekabrda Moskvaya səfər edəcək. Bu səfər fonunda bir sıra məqam diqqət çəkir: Rusiya prezidenti Vladimir Putin parlament seçkilərindən sonra qələbə münasibətilə Nikol Paşinyanı təbrik eməyib; KTMT-də Belarusun namizədi Stanislav Zas Ermənistan istisna olmaqla digər bütün üzv dövlətlər tərəfindən dəstəklənir. Ekspertlər Paşinyanın Moskva səfərindən ciddi müzakirələrin aparılacağını hesab edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Almaniya parlamentinin Sol Partiya fraksiyasının təşəbbüsü ilə Federal Elmi Xidmətlər İdarəsinin hazırladığı hesabatda Türkiyə ilə bağlı qalmaqala səbəb olan ifadələr işlədilib. Hesabatda Türkiyənin Suriyadakı fəaliyyətləri işğal kimi qələmə verilib.

“Türkiyənin Suriyanın şimalındakı Afrin, Azez, Əl-Bab və Cerablus bölgələrindəki hərbi iştirakı tam şəkildə araşdırıldıqda beynəlxalq hüquq baxımından hərbi işğal kriteriyalarına uyğun gəlir”, - hesabatda deyilib.

Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli texnikanın Suriyanın Münbiç bölgəsinə hərəkəti davam edir. Ölkənin müxtəlif vilayətlərindən Suriya ilə sərhədə hərbi texnika göndərilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Suriyanın Münbiç şəhərini terror qüvvələrindən təmizləmək üçün planlaşdırdığı hərbi hərəkatın hazırlıqları tam sürətlə davam edir. Hərəkatın ön cəbhəsində ASO-nun Həmzə Tüməni (birliyi) olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail dünən Suriyada İranın “Fəcr 5” raketlərinin olduğu anbarları bombardman edib. Bu məlumatı İsrailin “Nziv” portalı yayıb. Məlumata görə, İsrail bu raketlərin yerləşdiyi anbarları öz şəhərlərinə zərbə endirməsi təhdidiylə əlaqədar məhv edib.

“Əl Ərəbiyyə” televiziyası isə İsrailin Dəməşqdə zərbə endirdiyi üç anbarın hamısının İrana məxsus olduğu haqqında məlumat yayıb.

Qeyd edək ki, bundan öncə İsrail qırıcılarının Livan ərazisindən Suriyaya girərək, Dəməşqdə bormbardman həyata keçirdiyi haqda məlumat və video yayılmışdı.

Bu divar ölkəyə gələn narkotiklərin qarşısında ən böyük maneədir. Əgər o anlayışa sahib deyilsinizsə, məhdud şəkildə bağlanan hökumətin fəaliyyətini aktivləşdirməyəcəyik. Bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

"Hökumətin nə vaxt açılacağı barədə sizə bir şey deyə bilmərəm. Sizə ancaq divar inşa edilənə qədər hökumətin yenidən açılmayacağını deyə bilərəm", - Tramp söyləyib.

Qeyd edək ki, ABŞ-da Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi barədə razılıq əldə olunmadığı üçün federal hökumətin büdcəsi qəbul edilməyib.

ABŞ Rusiya sərhədlərində strateji silahlar yerləşdirir. Bu haqda Rusiyanın Hərbi-Dəniz Donanmasının baş komandanı admiral Vladimir Korolyov bildirib.

O qeyd edib ki, son zamanlar ABŞ və NATO ölkələri Rusiya sərhədlərində operativ və döyüş hazırlığı üzrə tədbirlərin sayını artırıb. Bundan başqa, Korolyov bildirib ki, Rusiya ərazisinə yaxın akvatoriyalarda Amerikanın hava hücumundan müdafiə üzrə dəniz sistemləri, yüksək dəqiqlik silahların strateji qeyri-nüvə sistemləri və hərbi infrastrukt obyektlərinin genişləndirilməsi müşahidə edilir.

Rusiya ABŞ-la hərbi büdcələrin yarışına qarışmayacaq. Bu haqda TASS agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri Viktor Bondaryev deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun indiki maliyyələşməsi istənilən təhlükənin qarşısını almağa imkan verəcək.

“Amerikalılar öz hərbi büdcəsini artıranda, çoxları bizdən simmetrik gediş gözləyirdilər. Rusiya hakimiyyəti iqtisadiyyatı və sənayeni hərbiləşdirməyə hazırlaşmır. Amma Silahlı Qüvvələri planlı inkişaf etdiririk, ordunu, donanmanı və müdafiə-sənaye kompleksini təchiz edirik”, - Bondaryev deyib.

ABŞ prezidenti Donald Tramp maliyyə naziri Stiven Mnuçini istefaya göndərməyi planlaşdırır. Bu haqda vəziyyətlə tanış mənbə CNN telekanalına bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya ABŞ-da 2016-cı ildə keçirilən seçkilərə müdaxilə edərək Donald Trampın prezident olmasını təmin edib. Bu sözləri MOSSAD-ın keçmiş rəhbəri Tamir Pardo deyib.

Rusiyanın bunu məhz Trampın seçilməsi naminə deyil, öz mənafeyinə ən uyğun namizədin Tramp olduğunu düşündüyünə görə etdiyini bildirən kəşfiyyatın eks-rəhbəri Moskvanın onminlərlə “virtual şəxs”dən istifadə edərək, elektron sistemə müdaxilə etdiyini bildirib.

“Görülən işlər nəticəsində Trampın seçilməsinin Rusiyanın beynəlxalq hədəflərinə çatmaq yolunda ən ideal variant olduğuna qərar verildi və elektron sistemə müdaxilə edəcək proqramlaşdırmanın yaradılması üçün işlər aparıldı”, - Pardo qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm