Məmmədyarovla görüşdən öncə İrəvanda qapalı müzakirələr - Ermənistanın Qarabağ OYUNU
Bizi izləyin

Nida Təhlil

Məmmədyarovla görüşdən öncə İrəvanda qapalı müzakirələr - Ermənistanın Qarabağ OYUNU

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə görüşəcək.

Publika.az
xəbər verir ki, həmsədrlərin iştirakı ilə keçiriləcək görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli, xüsusilə liderlərin gələcək görüşü ətrafında müzakirələr aparacaq.

Paris görüşü 2019-cu ildə tərəflər arasında ilk təmas baxımından xüsusi diqqət çəkir, həmçinin, bu, gələcək danışıqların xəritəsini də müəyyənləşdirməyə imkan verəcək. Lakin diqqətçəkən məqamlardan biri görüşdən bir neçə gün öncə Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın İrəvana gəlişi və işğalçı ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşməsi oldu.

Qapalı keçirilən görüşdə nələrin müzakirə edildiyi bəlli olmasa da, sonrakı proseslər müəyyən ehtimallara yol açır.



Mailyan işğal altındakı Xankəndinə qayıdandan sonra mətbuat konfransı keçirdi və bildirdi ki, separatçı rejimin “qırmızı xətti” Vyana və Sankt-Peterburq görüşlərində təmas xəttində sabitliyin qorunması ilə bağlı nail olunmuş razılığın davamlılığıdır.

Erməni tərəfi Vyana görüşündə irəli sürülən “atəşkəsə nəzarət mexanizmi” haqqında danışır, hansı ki, bu, artıq sıradan çıxmış məsələdir. Sadəcə olaraq, İrəvan bununla danışıqlarda mövqeyini gücləndirmək gedişləri edir.

Separatçı nazir daha sonra qeyd etdi ki, “danışıqların effektivliyi üçün Qarabağ masada tərəf kimi əyləşməlidir, Ermənistanın bu mövqeyi qətidir”.

Əslində Ermənistanın danışıqlar masasına “atəşkəsə nəzarət mexanizmi” və “Qarabağın tərəf olması” məsələsini gətirəcəyi gözləniləndir. Lakin Paris görüşündən öncə İrəvanda separatçıların naziri ilə Mnatsakanyanın görüşü Məmmədyarovun önündə irəli sürüləcək şərtləri gücləndirmək məqsədi daşıyır. Bununla yanaşı, Paşinyan hakimiyyətə gələndən sonra separatçı rejimlə İrəvan arasında qarşıdurma yaranıb, görünür, Ermənistan bu görüşlə daxili qarşıdurmanın xarici sferaya təsir etməsini istəmir, yaxud təsir etmədiyini göstərməyə çalışır.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm