Paşinyanın Qarabağla bağlı mənfur planı - Geosiyasi qarşıdurma
Bizi izləyin

Nida Təhlil

Paşinyanın Qarabağla bağlı mənfur planı - Geosiyasi qarşıdurma

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş baş tutacaq. Bu barədə Ermənistan mətbuatı yazır. Xəbərə görə, bu danışıqlardan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ABŞ-da rəsmi danışıqlar baş tuta bilər. Qəzetə danışan mənbə Rusiya və ABŞ-ın Qarabağın həllinə dair mövqelərinin zidd olmasının reallığı əks etdirmədiyini də bildirib.

Politoloq, sabiq diplomat Fikrət Sadıxov məsələ ilə bağlı Publika.az-a açıqlamasında bildirdi ki, ABŞ-ın Azərbaycan-Ermənistan münaqişəsinin həllində rolunu istisna etmək olmaz:

“Bir reallıq var ki, Ermənistanın yeni hakimiyyəti ilk gündən bəyan edirdi ki, onlar Azərbaycanla birbaşa danışığa getməyəcəklər. Guya separatçı rejimin nümayəndələri gəlib masa arxasında əyləşməli və danışıqlar prosesində iştirak etməlidirlər. Təbii ki, biz bunu heç vaxt qəbul edə bilməzdik və etmədik də. Ermənistanı faktiki olaraq, masa arxasına əyləşməyə məcbur etdik. Nazirlər bir neçə raund danışıqlar keçirib. Növbəti danışıqların Münhen Təhlükəsizlik Konfransında keçiriləcəyi gözlənilir. Dövlət başçımız Davos forumunda Paşinyanla saat yarım söhbət etdi. Formal görüşlər olsa belə, hər halda, Azərbaycanın qəti mövqeyi bildirildi. Düşünürəm ki, Paşinyan bunu yaxşı eşitdi. Proses öz formatına düşdü. Burada formatın dəyişdirilməsi nəinki Ermənistanın, hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin maraqlarına da cavab vermir.

O ki qaldı Amerikanın prosesdə son dövrlər olduqca aktiv iştirak etməsinə, həqiqətən, ABŞ-ın aktivliyi müşahidə olunur. Xüsusilə, prezident Donald Trampın köməkçisi Con Boltonun regiona səfərini xatırlamaq istəyərdim. O, Azərbaycanda olanda bu münaqişəni dövlət başçımızla ciddi şəkildə müzakirə etdi. O müzakirələrdə heç də bizim ərazi bütövlüyümüz sual altına qoyulmamışdı. Mən düşünürəm ki, bu günə qədər bütün həmsədrlərin mövqeyi vahid idi. Amma indi müəyyən dərəcədə dəyişilib. Geosiyasi qarşıdurma baş verib. ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Eyni zamanda, Qarabağ münaqişəsinin həll olunması üçün təşəbbüsü öz üzərinə götürmək istəyir. Çünki regionda təhlükəsizlik, stabillik məsələləri var. ABŞ bu problemlərin həllinin bərpa olunmasında maraqlıdır. Çünki Azərbaycan regionun ən böyük layihələrinə təşəbbüskarlıq, ev sahibliyi edir. Güclü enerji oyunçusuna çevrilmişik. Buna görə də ABŞ bölgənin sabitliyində maraqlıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm