Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏ
Bizi izləyin

Nida Təhlil

Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏ

Ermənistanda keçmiş prezident Robert Koçaryanın məhkəməsində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin keçmiş “rəhbəri” Arkadi Qukasyan və indiki “rəhbəri” Bako Saakyan da iştirak ediblər.

Publika.az
xəbər verir ki, məhkəmə Koçaryanın həbs olunacağı təqdirdə Qukasyan və Saakyanın da cinayət məsuliyyətinə cəlb edə bilər.

Hər iki separatçı Koçaryanın keçmiş silahdaşıdır və onlar keçmiş prezidentin azad olunması üçün Nikol Paşinyana müraciət ediblər. Hətta bu məsələyə görə hazırda daxili qarşıdurma yaşanır.

Onların məhkəməyə gəlişi bu kontekstdə diqqət çəkir. Ən maraqlı məqam isə məhkəməyə şahid kimi gəlsələr də, Qukasyanla Saakyan Koçaryanla eyni sırada – müttəhim kürsüsündə əyləşib. Bu görüntülər Ermənistanda ciddi müzakirələrə səbəb olub.

“Lragir” saytı yazır ki, bu mənzərə ölkəni silkələdi.



“Qarabağın üç “prezidenti” müttəhim kürsüsündə əyləşmişdi. Doğrudur, yalnız Koçaryan ittiham olunurdu, lakin foto çox şey haqqında danışırdı. Saakyanla Qukasyanın bu addımı cəmiyyətdə müzakirələrə səbəb oldu. Rəsmi dairələr bildirirlər ki, bu siyasi addım deyil, sadəcə olaraq, dostluq əlaqələrinə söykənən humanist dəstəkdir. Lakin cəmiyyət bunu birmənalı qarşılamır. Çünki keçmiş hakimiyyətin gələcək parlament və prezident seçkilərində geridönüş etmək üçün Qarabağda platforma yaratmağa çalışdığı haqqında informasiyalar var. İctimaiyyət ikiyə bölünüb: bir cəbhə hesab edir ki, “qəhrəmanları” (Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş şəxslər – red.) mühakimə etmək olmaz, digər cəbhə isə bu şəxslərin Qarabağ müharibəsindən istifadə edəcək hakimiyyətə gəldiyi və ölkəni talan etdikləri fikrini irəli sürür. Bəzi ekspert dairələri Ermənistan və Qarabağ arasında heç bir parçalanmanın olmadığını dilə gətirsələr də, real mənzərə siyasi müharibənin başlandığını göstərir”, - deyə sayt yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm