Azərbaycan polisinin əleyhinə yazmaq... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycan polisinin əleyhinə yazmaq... - ŞƏRH

“Azərbaycan polisi öz işini ləyaqətlə yerinə yetirir. Xalqın əmin-amanlığını layiqincə təmin edir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas son zamanlar radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatların yayılmasına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan polisinin əleyhinə danışmaq, Azərbaycan polisinin əleyhinə yazmaq elə Azərbaycan xalqının özünə ləkə yaxmaq deməkdir: “Onlar da bizim xalqımızın balalarıdır. Bizim övladlarımızdır, atalarımızdır, qardaşlarımızdır. Təbii ki, hər bir sahədə olduğu kimi, burada da naqis insanlar ola bilər. Lakin bu naqis insanlar səbəbindən bütünlüklə polis təşkilatına qara yaxmaq doğru deyil. Azərbaycan polisi olmasa nə Bakıda, nə də bu ölkədə yaşamaq olmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm