Nida Təhlil
Aydın Hüseynov: Azərbaycan güclü, dinamik inkişaf edən ölkəyə çevrilib
“Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə dövlət proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son dövrlər regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulduğunu, iqtisadiyyatın şaxələndirildiyini və qeyri-neft sektorunda güclü potensialın formalaşdığını deyən deputat əlavə edib ki, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. O bildirib ki, ölkənin simasının ən mütərəqqi standartlara uyğun müasirləşməsi, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi, ölkənin regionun aparıcı dövlətinə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması - bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticələridir.
Aydın Hüseynov vurğulayıb ki, Azərbaycanın maliyyə imkanlarının artması, transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, ölkəmizdə müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması respublikamızın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşmasına səbəb olub.
Milli Məclisin deputatı qeyd edib ki, dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.
Azərbaycanda güclü sosial siyasət həyata keçirildiyini diqqətə çatdıran A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. O əlavə edib ki, Prezident fəaliyyətində xalqın dəstəyinə arxalanır, onun gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir
-
Dünya17:20
Ukraynanın amansız hücumu: Ötən gecə Rusiya üçün çətin olub
-
Dünya16:00
İran Trampı öldürmək üçün hərəkətə keçdi: Siyahıda onların da adı var
-
Sosial14:40
Azərbaycanda hotellərin qiyməti qalxır: Səbəblər bəllidir
-
İqtisadi gündəm14:02
Türkiyə üçün tarixi şans: Ankara bunu siyasi "kozır"a çevirəcək
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?