COVID-19-un pik mərhələsini aşdıq - Deputat
Bizi izləyin

Nida Təhlil

COVID-19-un pik mərhələsini aşdıq - Deputat

"Vətəndaşlarımızın qaydalara əməl etməsi ilk növbədə onların maraqlarına cavab verir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat məhdudiyyətlərin yumşaldılması ilə bağlı prosesi belə şərh edib: "Bugünkü statistikada yoluxma hallarının artımı o qədər də əhəmiyyətli deyil. Hesab edirəm ki, biz COVID-19 virusunun pik nöqtəsini aşdıq. Yoluxanların sayı günü-gündən azalır. Bu baxımdan pandemiyaya qarşı xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması tamamilə gözləniləndir. Düzdür, həftə ərzində statistikada sıçrayış olarsa, rejimin sərtləşdirilməsi qaçılmaz olacaq. Yumşalmanın icrası isə həm insanların bu rejimdən tədricən çıxmasına kömək edir, həm də müəyyən gəlirdən məhrum olmuş şəxslərin nisbətən təhlükəsiz şəraitdə güzəranını təmin etmə imkanı yaradır".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm