Paşinyanın yalvarışları cavabsız qaldı və qalacaq – ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Paşinyanın yalvarışları cavabsız qaldı və qalacaq – ŞƏRH

“Ermənistan ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatdan sonra aciz vəziyyətə düşüb və nicat axtarmağa başlayıb. Bu, düşmən ölkənin qorxaqlığı, çarəsizliyidir. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə toxunaraq sərhəd bölgəsində Azərbaycan Ordusunun qətiyyətli cavabından sonra işğalçı ölkənin düşdüyü vəziyyətlə bağlı bir sıra mühüm məsələlərə toxundu”.

Bu fikirləri Publika.az-a danışan deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan Ermənistanın riyakarlığını, qorxaqlığını, beynəlxalq hüquqa zidd olan davranışlarını, eyni zamanda Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejimini bir daha ifşa etdi:

“Aydın oldu ki, işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları axtararkən atdığı addımlar yenə də qorxaqlıq və xofdan doğan riyakar axtarışlardır. Bunun ən bariz nümunəsi özünü qorumaq instinkti ilə dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsidir. Halbuki elə həmin baş nazir Paşinyan bir müddət öncə KTMT baş katibinin həbs edilməsilə bağlı qərar qəbul etmişdi. İndi isə həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub. Bax məsələnin riyakarlıq tərəfi elə buradadır. Şübhəsiz ki, onun bu yalvarışları cavabsız qaldı və qalacaq. Hər şeydən əvvəl ona görə ki, KTMT-yə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibətləri var və bəzən bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bundan başqa, həmin ölkələrin liderləri ilə Prezidentimizin xüsusi münasibətləri var. Daim müxtəlif çətinliklər zamanı Azərbaycan həmin ölkələrin yanında olub və ən müxtəlif vasitələrlə yardım edib, əməkdaşlıq yaradıb. Ona görə də hazırkı vəziyyətdə də adekvat münasibət gözləyir və əslində elə bu münasibəti də görür”.

Deputat qeyd edib ki, qorxaq və riyakar Paşinyanın qorxusundan KTMT-nin çətiri altında gizlənmək niyyəti də baş tutmur: “Eyni zamanda Azərbaycan heç kəsin torpağını işğal etməyib, işğalçı Ermənistandır və dərhal işğal etdiyi torpaqları azad etməlidir. Bu mənada beynəlxalq hüquq da, haqq da, ədalət də Azərbaycanın yanındadır. KTMT-yə üzv olan ölkələr də bunu yaxşı bilirlər.

Qürurla söyləyə bilərik ki, güclü Ordumuz var və bu Ordu Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənə layiqli cavab verməklə onu yerində oturda bilir. Bu da mütləq nəticə etibarilə torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm