Dədəni ermənilər öldürüb, Sevinc!
Bizi izləyin

Nida Təhlil

Dədəni ermənilər öldürüb, Sevinc!

– Bu aksiyaları Azərbaycan iqtidarı törədib…

– Sevinc, dədəni ermənilər şəhid edib!

– Sizi inandırım ki, ermənilərin elə fikri olmayıb.

– Sevinc, dədəni ermənilər şəhid edib!

– Azərbaycan iqtidarı öz hakimiyyətinin ömrünü uzatmaqdan ötəri eləyib bunu…

– Ay Sevinc, dədəni ermənilər öldürüb!

– Hər şey sivil qaydada olmalıdır…

– Qız, dədəni ermənilər öldürdü!

– Nə işi var idi adamların səfirliyin qarşısında? Ermənilər…

– Ay qız, dədəni ermənilər öldürüb!

– Yüz doxsan manatı…

– Qız, dədəni ermənilər öldürüb!

– Azərbaycanlı gənc deyir bacardığımızı elədik, savaşdıq…Kimdən ötəri savaşdınız?

– Ay qız, bir dayan, dədəni ermənilər qətlə yetirib…

– Nəyə lazım idi bu savaş?

– Ay bala, dədəni, Osman müəllimi, Osman Mirzəyevi ermənilər öldürüb. Yadındadırmı? Xatırlayırsanmı? Ermənilər! Azərbaycanlılar öldürməyib dədəni, ermənilər qətl edib!

***

Onun brend geyimi gündəmə gətiriləndə dedim, ayıbdır, kişilər. Bir azəri kişisi şəxsiyyətcə kim olur olsun, bir qadının bədənini və geyimini müzakirə eləməz…

Onun amerikalı kəşfiyyatçı ilə Bakıdan getməsi məsələsi gündəm olanda da anlayışla yanaşdım. Düşündüm, gerçək duyğudursa, adam nə olar kəşfiyyatçı olanda, erməlilərin də Kim Kardaşyanı var də…

Amma gəldik ora çıxdıq ki, Azərbaycanda hər zaman təminatlı yaşamış biri kimi təklif etdiyi biznes layihə keçmədi, istədiyi pulu və işi bir dönəmlik ala bilmədi deyə, dədəsinin ruhunu da, özünü də, ailəsini də pula və kəşfiyyata satdı, ölkədən qaçdı.

Bir qadın xəyanət etdisə, onun üçün heç bir qadağa, heç bir olmaz yoxdur. Onun qurban verə bilməyəcəyi şey də yoxdur. Bunu da sizə əsrlərdir çözə bilmədiyiniz qadın xislətinin onlarca sirrindən biri kimi açdım, min halalınız …

***

İndi qulaq as, Osman kişinin Sevinci, söhbət heç Milli Şura ilə oturub-durmaqdan da getmir. Söhbət satqınlıqdadır. Məsələn, sabah sahibin Əli Kərimli ilə yox, İsa Qəmbərlə işlə, nə deyəcəksə, sən bunu etməyə artıq məhkumsan, çünki variantın yoxdur. Çünki dosyen hətta qanrılıb, bəlkə…ehtimalı ilə ikinci təşəbbüsə cəhd etməyə belə icazə vermir…

Dünən gecə sən danışanda hamı susurdu. İndi hamı söyür, qınayır, rişxənd edir, ələ salır, mən dinmirəm.

Anlayıram ki, heç nə sənin vecinə deyil. Çünki satılmış adamlar həm də bütün duyğularını itirmiş kəslərdir.

Bütün duyğularını itirmək şeytani keyfiyyətdir.

Şeytanın nə dini, nə imanı, nə vətəni olar.

Sən vətənsizsən!

Yəni sən ən böyük pisliyi özün özünə eləmisən, şeytanlaşmısan, vətənsizləşmisən! Bunu baxış bucağındakı əyrilik də isbatlayır.

Məlum aksiyalarla bağlı rus, erməni mövqeyi sərgiləmək də götürdüyün öhtəliyə uyğun idi. Başqa yolun qalmayıb, sən, bəlkə… Demək, haqqını itirmisən… "Kaşki"lərin günbəgün artacaq…

Bu qədər aydın görünən mənzərədə səni ovudan bircə şey var - qazancın. Yəni kim nə söyür və nə deyir, əhəmiyyəti yoxdur, sən pulunla keyfindəsən.

Bircə şeyi unudursan, Osmanqızı! Dədəni öldürən zadların pulu ilə övlad yetişdirirsən. Siyasi mövzuda nadir halda istifadə edərəm övlad sözünü. İndi tam yeridir.

Əvvəla Allah qorusun Azərbaycandan qaçırdığın övladını. Amma bu dediyimi möhkəm yadında saxla, sən dədənə olduğun kimi övlad olacaqlar sənə, xəyanət edəcəklər, satacaqlar, səni atıb qaçacaqlar.

Onda səni görmək çox maraqlı olardı. O günəcən tanrı ikimizə də ömür versin, Sevinc, bu mövzuda sənə başqa sözüm yox!.. Sev dədəni öldürənləri! Qazan puldan, yaşa özün üçün istifadə müddətin bitənə qədər, vaxtın var…

…Bir də unutma dünyada elə bir dığa yoxdur ki, ən şərəfsiz azərbaycanlı məmurdan üstə dursun. Dığa qarşısında azərbaycanlının şərəfsizi də şərəflidir. Bu vətəndaşın, dövlətçi, millətçi olmağın peşəkarlığıdır. Sən o verilişdə peşəkarlığından da, dövlətçi, millətçi mövqedən də imtina elədin.

Amma səni Osman müəllimdən fərqli olaraq, ermənilər yox, öz nəfsin öldürdü, bunu anlamağın zaman alacaq!..

Jalə Mütəllimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm