AXCP sədri olan Kərimli əslində o Kərimli deyilmiş – Gerçəyi ortaya çıxan SƏS YAZISI
Bizi izləyin

Nida Təhlil

AXCP sədri olan Kərimli əslində o Kərimli deyilmiş – Gerçəyi ortaya çıxan SƏS YAZISI

Saxtakarlıq əvvəlcə vərdişə, sonra xarakterə çevrilir... Bir vaxtlar vərdişi olan bu mərəz AXCP sədri Əli Kərimlinin xarakterində çiçəklənməkdədir.

Azərbaycan siyasətində deqradasiyaya uğramış və çoxdan unudulmuş kəsiminin lideri rolunda çıxış edən Əli Kərimlinin şəxsiyyətində uzun müddətdir ikiləşmənin getdiyi müşahidə olunur.

Demokratiya, şəffaflıq, ədalət kimi ibarələrdən qəfiyələr düzəldən partiya sədri öz kiçik ətrafına diktatorluq edir, bir növ baş tutmayan rəhbərlik sevdasının acığını sıravi üzvlərdən çıxarır, kiçik etirazı belə süngü ilə qarşılayır, xoşlamadığı şəxsləri partiyadan heç bir qayda-qanun olmadan çıxarır. Və o, günün sonunda gerçək kimliyini nimdaş əski kimi kənara qoymağı, klaviatura arxasına keçərək, “ədalətdən, qanundan, demokratiyadan” danışmağı bacaracaq qədər çoxsimalıdır.

Artıq çoxdandır AXCP və Milli Şuranın virtual qərargahında iki Əli Kərimli dolaşır və məlum olur ki, monitor arxasından boylanan Kərimli gerçək Kərimli deyilmiş.

Sizə yayılan səs yazısı fonunda gerçək Kərimlini təqdim edirik.

Yəqin ki, oxucular AXCP Nəzarət Təftiş Komissiyasının üzvü Aydın Əliyevin Əli Kərimlinin bir göstərişi ilə vəzifəsindən və partiyadan uzaqlaşdırılması hadisəsini xatırlayır.

A.Əliyev 1995-ci ildən AXCP-də fəaliyyət göstərib. Partiyasının 2015-ci ilin 27 sentyabr tarixində keçirilən qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib.

NTK hər bir partiyanın “mətbəxi” hesab olunur, yəni komissiya partiyada nizam-intizamla yanaşı, gəlirlərə və xərclərə, ianələrin, üzvlük haqlarının xərclənməsinə nəzarət edir. Demokratik, yaxud ən azından normal münasibətlərə üstünlük verilən partiyalarda NTK-nin daxili müstəqilliyi var.

A.Əliyevin başına bəla olan da AXCP-də NTK sədri kimi hərəkət etmək olub, amma bu mövqeyi Əli Kərimlinin xoşuna gəlmir və onun qələmini qırırlar.

Deyir ki, Əli Kərimli partiyaya daxil olan maliyyə vəsaitlərinin mənimsənilməsinin üstünün açılmamasına görə onu vəzifəsindən və partiyadan uzaqlaşdırıb.

Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib” – Əliyev bildirir.

Qeyd edir ki, Əli Kərimli partiyada sərt diktatura rejimi qurub: “Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır”.

Əli Kərimli A.Əliyevi partiya daxilindəki diktaturasına və gəlir mənbəyinə maneə kimi gördüyü üçün heç bir rəsmiyyət olmadan uzaqlaşdırır.

Lakin A.Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı protokolda bəzi imzaların saxta olması ilə bağlı vəsatət qaldırması AXCP sədrinin əl-ayağa düşməsinə səbəb olur.

Ə.Kərimlinin partiyanın digər üzvü İradə Nərimana saxta protokolun hazırlanması ilə bağlı tapşırıq verdiyinin səs yazısı yayılıb və bu səs yazısında AXCP sədrinin monitor arxasından boylanan və demokratiyadan danışan Kərimli olmadığı ortaya çıxıb.

Məlum səs yazısında Əli Kərimli İradə Nərimana deyir: “NTK Aydın məni məhkəməyə verib. Məhkəmədən tələb edir ki, onu NTK-dakı vəzifəsinə bərpa etsin. Sabah məhkəmədir. Onun üçün sənədlər hazırlanmalıdır. İlk növbədə partiyadan çıxarılması haqqında Rəyasət Heyətinin protokolu olmalıdır. Belə yazın ki, onunla dəfələrlə söhbət aparılıb, lakin partiyanın siyasətinə zidd əməllərindən əl çəkməyib. Protokolda tarixi dəqiqləşdirin”.

Bu sübut edir ki, Əli Kərimli partiya funksionerlərinə əvvəlki tarixə yazılmış saxta protokol hazırlamaq tapşırığı verir və protokolda nəyi necə yazmağı da göstərir.

Məhkəmədə də A.Əliyevin AXCP-dən çıxarılması ilə bağlı protokolun saxta olduğu ortaya çıxıb. Məlum olub ki, protokola imza atan Solmaz Hüseynov sənədin hazırlandığı vaxt Türkiyədə olub və onun imzası saxtalaşdırılıb. Sübuta yetirilmiş faktlara əsasən məhkəmədə Aydın Əliyevin cavabdehlər Azərbaycan Xalq Cəbhəsi Partiyasına və Əli Kərimliyə qarşı “Ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komisiyasının sədri vəzifəsinə bərpa olunması” ilə bağlı iddia tələbi təmin olunub.

Sənədi saxtalaşdırdığı sübut olunan Əli Kərimli isə məhkəmənin qərarını “qanunsuz” adlandırır. Bu da təəccüblü deyil, çünki gerçək simasını gizlədən AXCP sədri üçün hər kəsin ağ rəngdə gördüyü qatığın “qara” olduğunu israrla iddia edəcək potensialı var.

Amma bu dəfə gerçək simasının üzə çıxmasında ona “potensialı” belə kömək edə bilmədi və məlum oldu ki, AXCP sədri olan Kərimli o Kərimli deyilmiş...

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm