Nida Təhlil
Bu cinayəti törədənlər cavab verəcək - ŞƏRH
Gəncədə baş verən hadisə hərbi cinayətdir. Bu cinayəti törədənlər həm Azərbaycan, həm də beynəlxalq qanunlar qarşısında cavab verəcək.
Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib. Ekspert bildirib ki, humanitar atəşkəsin elan olunmasına baxmayaraq, gecəyarı sivil əhaliyə quldurcasına bomba atmaq terror hadisəsidir:
“9 nəfər həlak olub, onların ailələrinə səbir diləyirəm. 35 yaralımız var, Allah yaralılarımıza şəfa versin, tezliklə ayağa dursunlar. Vətəndaşlarımıza möhkəm olmağı arzu edirəm. Qarabağ Azərbaycandır, inşallah, zəfər paradını görəcəyik. Artıq nümayəndələr də öz ölkələrinə bu barədə məlumatlar çatdırıb”.
S.Bənanyarlı qeyd edib ki, sentyabrın 27-dən bəri bəzi dövlətlər işğalçı və terrorçu Ermənistana yardım edirlər:
“Bunların da hamısının kökü açılacaq. Həqiqət həmişə öz yerini tapır. Dostumuzu-qardaşımızı tanımalıyıq, Türkiyə bu mənada bizə dayaq olan dövlətlərdən biridir. İnanıram ki, Ermənistana sanksiya tətbiq olunacaq.
Burada din amili rol oynayır. Avropa dövlətləri ola bilsin ki, Ermənistanla eyni dinə məxsus olmalarını nəzərə alırlar. Din xadimlərinin də rolunu qeyd etməliyəm, vaxt gələcək, onların da fəaliyyətləri üzə çıxacaq”.
Aytən Məftun
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi

















.jpg)

















.jpg)

.jpg)