İsrailə dilənən Ermənistan indi hər şeyi edir ki... - Politoloq
Bizi izləyin

Nida Təhlil

İsrailə dilənən Ermənistan indi hər şeyi edir ki... - Politoloq

"Ermənstanın baş naziri Nikol Paşinyan “The Jerusalim Post” nəşrinə müsahibəsində özünü bütün çılpaqlığı ilə biabır etdi və işğalçı ölkənin əsl xislətini göstərmiş oldu".

Bunu Publika.az-a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, İsrailə öz aləmində siyasət dərsi verməyə çalışan Paşinyan nədənsə unutdu ki, onun İsrailə qarşı dediyi bütün ittihamlar tamamilə yersiz və dezinformasiya xarakterli bəyanatlardır: "Dünənə qədər İsrailin qapısında dayanan və səfirliyin açılması ilə bağlı imdad diləyən Paşinyan bu gün bu addımı ilə əslində, Ermənistanda daxili auditoriyada xalqdan zaman istədiyini göstərdi. Onun guya ki, müxbirin sualına cavab olaraq İsrailin muzdlu döyüşlərə və terrorçulara humanitar yardım göstərməsi ilə bağlı remarkası tamamilə yersiz idi. Digər tərəfdən də biz unutmamalıyıq ki, dünyada terrorçuluğu təbliğ edən, onu gücləndirən Ermənistandır".

Z.Məmmədovun sözlərinə görə, ermənilər təkcə Ermənistan ərazisində deyil, eyni zamanda ümumdünya erməni diasporası dünyanın ayrı-ayrı ölkələrində ciddi şəkildə fəaliyyətdədirlər: "İsrailin qonşusu olan Livanda on illərdir ki, ASALA və digər terror təşkilatları İsrail dövlətçiliyinin zəifləməsində əllərindən gələni etməkdədirlər. Biz bir müddət əvvəl Parisdə İsrail idmançılarına qarşı terrorda ermənilərin rolunu da unutmamalıyıq. Belə olan halda onların İsrail-Azərbaycan münasibətlərinin inkişaf etməsindən narahat olmaları başa düşülə bilməz. İsrail Ermənistana heç nə borclu deyil. Bu ölkə Ermənistanın hərbi və siyasi-iqtisadi müttəfiqi belə deyil. Paşinyan başa düşməlidir ki, hətta Ermənistanın bugünkü hərbi-siyasi müttəfiqləri belə işğalçı ölkəyə Azərbaycanla hərbi münaqişədə yardım etmirlər. Onlar da İsrail kimi haqq və ədalətin yanında yer almaqdadırlar. Bu kimi hadisələr bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti ağlını başına toplamalı və münaqişənin nizamlanması ilə bağlı real addımlar atmalıdır".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm