Nida Təhlil
Prezident bütün dünyaya mesaj verdi ki, biz qayıtmışıq - Elman Məmmədov
“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarına səfəri həm tarixi, həm də siyasi baxımdan olduqca əhəmiyyətlidir. Təhlükəli məqamda, hələ o ərazilərin tam təhlükəsizliyi təmin olunmamış, partlayıcı maddələrdən, minalardan tam şəkildə təmizlənməmiş düşmənin məkrli hiylələrinin olduğu yerlərə səfər etmək isə xüsusi önəm daşıyır”.
Bu fikirləri Publika.az-a danışan millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, bu səfər həm də o deməkdir ki, bu torpaqların sahibi bizik, Azərbaycan xalqıdır: “Dövlət başçısı Xudafərində də, Cəbrayıl və Füzulidə də dayandı və bütün dünyaya mesaj verdi ki, biz öz torpağımıza qayıtmışıq. Üzərində durduğumuz torpaq bizimdir, bu bizim tarixi torpaqlarımızdır. Dövlət başçısı orada tarixi məqamlara toxundu. Erməni vəhşiliyini göstərdi və həmişə, hətta bu müharibə dövründə də onları müdafiə edən şər, şeytan ocaqlarına göstərdi ki, baxın, müdafiə etdiyiniz, özünü mədəni millət kimi dünyaya təqdim etmək istəyən millət bizim torpaqlarımızı nə günə qoyub. Orada Prezident çox gözəl söz işlətdi, dedi ki, biz elə-belə düşmənə qalib gəlməmişik. Biz şərə, şər ocağına qalib gəlmişik. Bu savaş xeyirlə şərin savaşı idi. O şər qüvvələr bizim şəhərlərimizi viran qoyublar. Xeyir və xeyirxah qüvvə bizik, tikirik, qururuq, yaradırıq, inkişaf etdiririk, onların da əməlləri göz önündədir”.
E.Məmmədov qeyd edib ki, Prezidentin işğaldan azad olunan torpaqlarımıza səfəri müqəddəs, tarixi, ruhlandırıcı və qürurverici səfərdir: “Paşinyan Cəbrayıla yol çəkmək istəyirdi. İndi Prezidentimiz o yolu çəkib. Dövlət başçımız o ərazilərdən danışır, bütün dünyaya bəyan edir. O, qalib sərkərdədir. Xalqımıza müraciət edir və bildirir ki, ermənilərin xarabalığa çevirdiyi o yerləri yenidən tikəcəyik, Qarabağı çiçəkləndirəcəyik. Hamı öz doğma yurd-yuvalarına qayıdacaq. Dövlət başçısı 2016-cı ildə ermənilərin dinc sakinlərin evlərini artilleriyadan vurub dağıtdıqları zaman Mehriban xanımla birgə öz həyatlarını təhlükəyə ataraq cəbhəyanı ərazilərdəki yerlərə səfər etdi, evləri dağılan insanlarla yerində görüşdü. Dünən bir daha Prezident bu səfəri ilə, sükan arxasında özü olmaqla bir nümunə göstərdi. O, bununla bəyan etdi ki, həyat yoldaşımla öz həyatımı vətəndaşlarımızın həyatından yüksəkdə tutmuram. Biz də sizlərdən biriyik. Ulu öndər Heydər Əliyev də o zamanlar bəyan etmişdi ki, mənim özüm də, ailə üzvlərim, ömrümüz də bu torpaq, bu Vətən üçün qurbandır. Bu gün İlham Əliyev ulu öndərin dediyi sözləri əməlləri ilə bir daha təsdiq etdi. Eşq olsun belə Ali Baş Komandana!”
Akqabay Mıradov
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı