Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlaya bildi - Deputat
Bizi izləyin

Nida Təhlil

Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlaya bildi - Deputat

“Pandemiya dünya iqtisadiyyatına böyük təsir göstərdi. Azərbaycan həm siyasi, həm də iqtisadi mənada dünyaya inteqrasiya etmiş bir dövlətdir. Sözsüz ki, dünyada gedən proseslər bu və ya digər formada öz təsirini ölkəmizə göstərməlidir. Amma bununla yanaşı, Azərbaycan dövləti və onun rəhbərinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində bu problemdən minimum itkilərlə çıxa bildik”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, pandemiya ilə bağlı yarana biləcək böhranlar əvvəlcədən proqnozlaşdırılmamışdı:

“Belə bir infeksiyanın yaranacağından hamımız xəbərsiz idik. Amma pandemiyanın təsirlərinin qısa müddətdə aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün hökumətin konkret proqramı ortaya qoyuldu. 2020-ci ildə Azərbaycan pandemiya ilə mübarizə ilə əlaqədar olaraq çox böyük addımlar atdı. Həmin dönəmdə insanlar işləyib əmək haqlarını ala bilmirdi, işsizlik yaranmışdı. Odur ki, 600 min nəfərə birdəfəlik yardımların verilməsi, eləcə də sahibkarların fəaliyyətinin tənzimlənməsi üçün addımlar atıldı. Modul tipli xəstəxanaların tikilməsi və s. bu kimi işlər həyata keçirildi. Ümumilikdə 3 milyard 500 milyon manatlıq sosial paket təqdim olundu”.

Deputat qeyd edib ki, Azərbaycan iqtisadiyyatında 4 faizə qədər azalma oldu, amma kənd təsərrüfatı və digər sahələrdə çox yüksək nəticələr əldə olunub. Bütövlükdə Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlaya bildi, valyuta ehtiyatlarımız azalmadı:

“Dünya Bankı hər il ölkələrdə gedən iqtisadi proseslərin reytinqini müəyyənləşdirir. Reytinqin nəticələrinə əsasən, Azərbaycan iqtisadi göstəricilərinə görə 28-ci yerdə qərarlaşdı. Eləcə də iqtisadiyyatının inkişaf tempinə görə dünyada 10 ölkələr siyahısına daxil oldu. İnklüzivliyə görə dünyada 3-cü oldu. Azərbaycan bu kimi iqtisadi nailiyyətlər əldə etdi. Dünyada gedən iqtisadi proseslər fonunda təhlil edəndə görürük ki, 190 ölkə arasında Azərbaycanın 28-ci yerdə qərarlaşması böyük uğurdur.

2020-ci ildə ölkə pandemiya ilə yanaşı, daha böyük bir imtahandan – Vətən müharibəsindən qalibiyyətlə çıxdı, zəfər qələbəsi çaldı. Bütün bunlar ölkənin iqtisadi potensialının yüksək dərəcədə olmasının göstəricisidir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm