• USD 1,7000 0,00% EUR 2,0657 -0,14%
    • GBP 2,4076 +0,61% RUB 0,0229 0,00%

Bu memorandum hər iki tərəfə səmərə verəcək – ŞƏRH

Bu memorandum hər iki tərəfə səmərə verəcək – ŞƏRH

“Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması çox yaxşı, müsbət addımdır. Artıq həmin yatağın birgə işlənməsi ilə bağlı razılığa gəlinib. Bu, hər iki ölkə üçün iqtisadi fayda gətirəcək”.

Bunu Publika.az-a açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı alim hesab edir ki, bu memorandum gələcəkdə hər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsində mühüm rol oynayacaq:

“Türkmənistan dünyada ən böyük qaz yatağı olan ölkələrdən biridir. Türkmən qazının Azərbaycan üzərindən Avropaya çatdırılması nəzərdə tutulur. Bunun bizim Cənub Qaz dəhlizi və Azərbaycandan keçən digər xətlər vasitəsi ilə gerçəkləşdirilməsi planlaşdırılır. Yəni, bunların hamısı perspektivdə mümkündür. Ona görə də memorandumun imzalanması mümkün ola biləcək perspektivlərin başlanğıcıdır. Belə bir addımın atılmasını təqdirəlayiq hesab edirəm. Eyni zamanda, hər iki aktor islam ölkəsidir, həm də türkdilli dövlətdir. Bundan başqa, qonşu ölkədir. Onlar arasındakı münasibətlərin yaxşılaşması bütün mənalarda müsbət dəyərləndirilməlidir”.

Sabiq nazirin fikrincə, türkmən qazının Avropaya çıxarılması Aşqabadın Moskvadan bu istiqamətdəki asılılığını da aradan qaldıracaq:

“Əgər Türkmənistan Xəzər dənizi vasitəsi ilə Azərbaycan üzərindən öz enerji resurslarını Qərb bazarına çıxaracaqsa, burada Rusiyadan hansı asılılıqdan söhbət gedə bilər. Hər halda bu Türkmənistanın öz seçimidir. Bu yatağın birgə işlənməsi ilə bağlı qərarın qəbul olunması da Türkmənistan tərəfinin razılığı və istəyi, ümumilikdə hər iki tərəfin qarşılıqlı anlaşması ilə mümkün olacaq. Hər iki tərəfə səmərə verəcək bir qərara gəlinib. Ona görə də Türkmənistanı pozitiv perspektivlər gözləyir. Bu səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyini düşünürəm. Artıq səmərəli və iki tərəfə də fayda verəcək əməkdaşlığın təməli bu memorandumla qoyulub. Bu da Türkmənistan üçün olduqca vacibdir”.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR