“Təhdidlərdən qorunmaq üçün əvəzedilməz bir layihədir” – Deputat
Bizi izləyin

Nida Təhlil

“Təhdidlərdən qorunmaq üçün əvəzedilməz bir layihədir” – Deputat

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VII iclası əvvəlki illərdəki iclaslardan fərqli olraq bu il videokonfrans formatında keçirildi. Bunun da səbəbi bütün dünyanı bürümüş olan COVID-19 pandemiyasıdır. Məşvərət Şurasının iclası videokonfrans formatında keçirilməsinə rəğmən, əvvəlki illərdən daha geniş tərkibdə baş tutdu və məhsuldarlığı ilə yadda qaldı. Belə ki, iclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edirdi”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Ölkə prezidenti İlham Əliyevin Məşvərət Şurasının iclasında səsləndirdiyi fikirlərinə münasibət bildirərkən millət vəkili söyləyib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına Bakı ev sahibliyi edir:

“Bu da təsadüfü deyildir. Çünki dünya səviyyəsində meqa layihələrdən olan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı Azərbaycan, daha doğrusu Prezident cənab İlham Əliyevdir. Bu layihə meqa layihə olmaqla yanaşı parametriləri baxımından da nadir bir ləyihədir. Bilirsiniz bu layihənin təşəbbüsü irəli sürülən zaman bəzi dairələr, xüsusilə də ölkəmizə qarşı olan dairələr onun reallaşma ehtimalının az olduğunu, hətta olmadığını da vurğulayırdılar. Lakin zaman əksini sübut etdi. 10 il əvvəl təşəbbüs olaraq irəli sürülən və kağız üzərində olan layihə artıq reallaşıb və istismara verilib”.

Cavid Osmanovun fikrincə, bir coğrafi məkanda olan, başqa sözlə desək qonşu ölkələr arasında layihələr icra etmək çox asan bir məslədir: “Ancaq Cənub Qaz Dəhlizi kimi çoxlu sayda ölkələri birləşdirən bir meqa layihəni həyata keçirmək böyük siyasi qətiyyət və düşünülmüş siyasət tələb edir. Bu cür layihələrin maliyyə tutmu da kifayət qədər böyük məbləğdə olur ki, ölkə və şirkətlər bəzən bunu özləri üçün riskli hesab edə bilirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən və dünya miqyasında etimad qazanmış bir siyasətçi olması onun təşəbbüsü olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşımasında bu kimi maneələri aradan qaldırıb. Artıq Azərbaycan Avropanın davamlı və etibarlı enerji mənbəyinə çevirilib”.

Deputatın sözlərinə görə, bu isə öz növbəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olan ölkələrinin sayını artırmış olur ki, bununla da tərəfdaşlıqlar daha da güclənmiş olur: “Layihənin reallaşması Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək, bu, öz yerində. Eyni zamanda bu, ölkəmiz üçün təhlükəsizlik və yarana biləcək qlobal risk və təhdidlərdən qorunmaq üçün əvəzedilməz bir layihədir. Azərbaycan artıq Avropa, eləcə də dünya üçün bir enerji və nəqliyyat habına çevrilməyi bacarmışdır. Bütün bunların əsasında isə möhtəm Prezidentimiz İlham Əliyevin düşünülmüş və ölkəmizin gələcək inkişafına əsaslanan uğurlu siyasəti dayanır”.

Cavid Osmanovun xatırladıb ki, Cənab Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VII iclasında Azərbaycanın zəngin neft-qaz ehtiyyatlarına sahib olmasını vurğulamaqla yanaşı ölkəmizin bərpa olunan alternativ enerji mənbələrinin işlənib hazırlanmasında maraqlı olduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı: “Cənab Prezident bu məsələdə işğaldan azad olunmuş əraziləri xüsusilə qeyd etdi və həmin bölgənin “yaşıl enerji” ilə təmin ediləcəyini vurğuladı. Doğurdan da işğaldan azad olunan ərazilərimizdə olan günəş, külək, su ehtiyyatları bərpaolunan enerji mənbələrinin yaradılmasına imkan yaradır. Bu da özlüyündə Azərbaycan dövlətinin gələcəyə olan baxışından xəbər verir. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi və onun uzaqgörən siyasəti ilə Azərbaycan bundan sonra da beynəlxalq əhəmiyyətli layihələrə imza atacaq və bununla da ölkəmizin firavan gələcəyi təmin olunacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm