Ermənistanda HƏYƏCAN TƏBİLİ: Əhalinin əksəriyyəti...
Bizi izləyin

Nida Təhlil

Ermənistanda HƏYƏCAN TƏBİLİ: Əhalinin əksəriyyəti...

Ermənistanda mövcud vəziyyət getdikcə daha da pisləşir. Bu da mahiyyət etibarilə cəmiyyətdə özünü büruzə verir və gərgin ab-hava yaşanır. Şübhəsiz ki, burada əsas səbəb Azərbaycana biabırçı vəziyyətdə uduzmaqdırsa, digər səbəbləri də vurğulamaq lazımdır.

Bunu Publika.az-a politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, müharibədə məğlub olduqdan sonra erməni xalqı artıq əmin oldu ki, hakimiyyət onlara illərlə yalan danışıb. Elə bu inamsızlığın nəticəsidir ki, xalq nə hakimiyyətə inanır, nə də orduya: "Beləliklə də, vətəndaşlar artıq övladlarını orduya göndərmək istəmirlər. Bununla yanaşı, müharibədə iştirak etmiş şəxslər də heç bir yardım ala bilmirlər, onların statusunun müəyyənləşdirilməsində də ciddi problemlər mövcuddur. Ölkənin demoqrafik vəziyyətini əks etdirən rəqəmlər isə həyəcan təbili çalır. Belə ki, Ermənistanı tərk edənlərin sayında artım müşahidə olunur. Bu isə ölkədə demoqrafik vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir".

Ş.Həsənova qeyd edib ki, müharibədən sonrakı dövrdə Azərbaycanın işğal altında olan torpaqlarını talamaqla öz güzaranını təmin edən ermənilər indi çox çətin vəziyyətdədirlər, nə edəcəklərini bilmirlər: "Çünki buna səbəb Ermənistanda əsas sosial problemlərdən biri olan işsizlik problemidir. Ölkə əhalisinin böyük hissəsi çıxış yolunu qazanc dalınca digər ölkələrə üz tutmaqda görür. Ermənistanın təkcə Şirak rayonunun kişi əhalisinin 70 faizi hazırda Rusiyadadır. On minlərlə erməni gənci ölkəni tərk edərək xarici ölkələrə mühacirət edir. 1990-cı illərin əvvəlləri ilə müqayisə etsək, orada əhalinin sayı əhəmiyyətli dərəcədə azalıb".

Politoloqun sözlərinə görə, Ermənistan əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır. Ş.Həsənova əlavə edib ki, İrəvandan kənara çıxanda yaşayış məntəqələri yoxsulluğun bariz nümunəsini əks etdirir: "Eyni zamanda, ölkədə səhiyyə sistemi bərbad durumdadır, dərman çatışmazlığı müşahidə olunur. Ölkədə yoxsulluq dərinləşir, insanlar iş tapa bilmir, iqtisadiyyat defolt həddindədir. Bu ölkədə gələcək üçün heç bir perspektiv mövcud deyil".

Politoloq vurğulayıb ki, Ermənistanda korrupsiya da geniş vüsət alıb: "Ümumiyyətlə, Paşinyanın atdığı qeyri-müəyyən addımlar hazırkı iqtidarın istər siyasi, istər iqtisadi, istərsə də hərbi konsepsiyasının olmadığından xəbər verdi. Paşinyan hakimiyyətə gəldikdən sonra qısa müddətdə korrupsiyanın səviyyəsi aşağı ensə də, sonrakı dövrdə yenidən kəskin artdı. Ermənistan iqtisadiyyatı o qədər tənəzzül vəziyyətdədir ki, bu, çox acınacaqlı nəticələr verə bilər. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı həm də logistik nəqliyyatdan asılıdır, buna görə də tək çıxış yolu nəqliyyat dəhlizlərinin açılmasından və Azərbaycanla münasibətləri normallaşdırmaqdan ibarətdir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm