Nida Təhlil
Azərbaycan öz siyasətinin mahiyyətini bütün dünyaya göstərdi - RƏY
“Ermənistan silahlı qüvvələrinin hərbçisi Artur Kartanyanın Azərbaycan ərazilərinə daxil olduğu haqqında məlumatlar yayıldı. Ölkəmizin müdafiə qurumları tərəfindən saxlanılaraq dindirildikdən sonra sərbəst buraxıldı və Ermənistan tərəfinə təhvil verildi. Müdafiə Nazirliyinin verdiyi məlumatdan aydın oldu ki, Kartanyan diversiya məqsədi ilə Azərbaycan tərəfinə keçməyib. Sadəcə, yolu azaraq bizim sərhədlərimizə daxil olub. Erməni hərbçinin qarşı tərəfə qaytarılması, bu cür addımın atılması bir daha Azərbaycanın humanist prinsiplərə sadiqliyini, humanist siyasətini göstərir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, əslində bu, birinci hadisə deyil. İstər 44 günlük Vətən müharibəsi boyunca, istərsə də ondan sonrakı dövrdə Azərbaycan Silahlı Qüvvələri yalnız Ermənistan silahlı qüvvələrinin hərbi hədəflərini atəşə tutub:
“Mülki əhali hədəfə alınmayıb. 44 günlük müharibə dövründə erməni hərbçilərinin qoyub qaçdığı yaşlı qadını və kişini Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə Ermənistan tərəfinə qaytardıq. Doğrudur, Ermənistan tərəfi ahıl kişinin yaşlı və xəstə olduğunu əsas gətirərək onu qəbul etməkdən imtina etdi.
Daha sonrakı mərhələdə - post-müharibə dövründə də Azərbaycan bu cür humanist addımlar atdı. Bir neçə ermənini Ermənistan tərəfinə qaytardı”.
Deputat qeyd edib ki, təmir aparıldığı üçün Azərbaycan üzərindən Rusiya tərəfindən Ermənistana təbii qazın ötürülməsi də buna misal ola bilər:
“Bu kimi xeyli məqamlar var ki, həmin faktlarla Azərbaycan bir daha özünü humanist dövlət kimi sübuta yetirib. Eyni zamanda, Azərbaycan bununla bütün beynəlxalq norma və qanunlara riayət, hörmət etdiyini göstərib. Digər tərəfdən, son addım Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra bölgədə uzunmüddətli sülhün, əmin-amanlığın, tərəfdaşlığın, əməkdaşlığın həyata keçirilməsi istiqamətində atdığı növbəti addımdır. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra 10 noyabrda imzalanan bəyanata uyğun olaraq hər zaman olduğu kimi yenə də sülhə öz töhfəsini verir. Azərbaycan humanist addımlar ataraq öz siyasətinin mahiyyətini bütün dünyaya göstərib”.
Tural Turan
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib












.jpg)
























