Nida Təhlil
Prezidentin adından yayılan saxta sitat: manipulyasiya cəhdinin hədəfi nədir?
Sosial medianın türkdilli seqmentində Azərbaycanın dünyəvi dövlət quruluşu ilə bağlı guya Prezident İlham Əliyevə aid olduğu iddia edilən saxta sitat tirajlanır. Sitat “Biz türk oğlu türkük, laik qalacağıq, ərəb mənim ölkəmdə sadəcə turist kimi gəzə bilər” sözlərindən ibarətdir.
Belə bir sitat nə Prezident İlham Əliyev, nə də Azərbaycanın hər hansı bir rəsmisi tərəfindən səslənməyib. Heç bir rəsmi təsdiqi olmayan iddianın kütləvi şəkildə tirajlanması diqqət çəkir. Çünki Türkiyədə qısa müddət öncə ikitərəfli münasibətləri pozmaq məqsədilə Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı yönəlmiş genişmiqyaslı kampaniya aparılırdı. Bu manipulyasiyaların qarşısı alındı. İndi belə dezinformasiyaların kütləvi şəkildə yayılması suallar yaradır: məqsəd nədir?
İlk baxışdan, bu saxta sitat Türkiyənin daxilində dünyəviliyin tərəfdarı olanların Azərbaycana qarşı hücumlara cavabı kimi görünə bilər. Halbuki, bu, dezinformasiya nümunəsidir və heç bir halda qəbul edilə bilməz. Lakin bir məqam xüsusilə diqqət çəkir: Türkiyədə ikitərəfli münasibətləri pozmağa hesablanmış informasiya hücumları aradan qaldırılıb, bu cür dezinformasiyaların məqsədi Azərbaycanı müdafiə etməyə hesablansaydı, indi yox, daha öncə tirajlanardı və bunu dünyəvilik tərəfdarlarının özfəaliyyəti hesab etmək olardı.
Dezinformasiyanın məhz indi – Türkiyədə Azərbaycana qarşı xoşgəlməz prosesə son qoyulmasından, belə demək mümkünsə, ictimai-siyasi münasibətlərdə sabitliyin təmin edilməsindən sonra yayılması manipulyasiya məqsədi daşıdığını deməyə əsas verir.
Prezident İlham Əliyevin adından yayılan saxta sitatın nəticələrinin kifayət qədər təhlükəli olduğu da aydın görünür.
- Dövlət başçısına mövqeyi təhrif olunur;
- Azərbaycanın dünyəvi dövlət modelinin dini dəyərlərə qarşı olduğu mənzərəsi yaradılır;
- Yüksək səviyyədə siyasi və ictimai münasibətlərə malik olduğumuz ərəb dünyasında Azərbaycanla bağlı yanlış rəy formalaşdırılır;
- Azərbaycanın siyasi imicinə, xüsusilə tolerantlıq mühitinə zərər vurmaq cəhdi edilir.
Dezinformasiyanın yaratdığı, yaxud yarada biləcəyi təhlükələrə baxdıqda sosial mediada tirajlanan saxta sitatın art niyyət daşıdığına dair fikir ön plana çıxır.
Burada informasiya müharibəsinin “ağ təbliğat” vasitəsindən istifadə edildiyi istisna edilməməlidir. Çünki saxta məlumatların yayılmasında təkcə neqativ, yaxud ittihamlardan yox, pozitiv görünən dezinformasiyalardan da istifadə edilir. Bir çox hallarda tanınmış şəxslərin adından saxta fikirlər təqdim etməklə onların şəxsiyyəti, yaxud mövqeyi ilə bağlı yanlış rəy formalaşdırılır. Azərbaycan Prezidentinin adından yayılan saxta sitatın da məhz buna hesablandığını və bəzi dairələrin manipulyasiyası olduğunu deyə bilərik.
Sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycana qarşı “qara təbliğat”ın dayandırılmasından sonra aparılan manipulyativ xarakterli “ağ təbliğat”a da son qoyulmalıdır.
Asif Nərimanlı
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama














.jpg)





.jpg)

.png)
















.png)

