Nida Təhlil
Azərbaycan regionda sülhün olmasında maraqlıdır - Deputat
8 iyunda Laçın istiqamətində Azərbaycan ərazisinə keçmiş erməni hərbi qulluqçusu Artur Kartanyan qarşı tərəfə təhvil verildi. Onun Azərbaycan ərazisinə daxil olmasının ilkin olaraq təxribat-diversiya məqsədi daşıdığına şübhə yaransa da, sonradan məlum oldu ki, hava şəraitinin pis olmasından dolayı yolunu azaraq ərazimizə girib".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, hərbi əsirin qarşı tərəfə qaytarılması dövlətimizin humanist siyasətinin göstəricisidir:
"Bu o deməkdir ki, qarşı tərəfdən fərqli olaraq biz düşmənçilik meylinin inkişaf etdirilməsinin və gərginliyin artırılmasının əleyhinəyik. Ermənilər illər əvvəl öz doğmalarının qəbirlərini ziyarətə getmiş mülki şəxslər - Şahbaz və Dilqəmə terrorçu, diversant damğası vuraraq min bir əzab və işgəncə verməklə uzun illər həbsxanada saxlamışdı. Biz isə ərazimizə daxil olmuş erməni hərbi qulluqçusunu qarşı tərəfə qaytarırıq".
Azər Badamov qeyd edib ki, Azərbaycan regionda uzunmüddətli və dayanıqlı sülhün olmasında maraqlıdır:
"Ermənistanla olan gərginlik aradan qalxsın və iki ölkə arasında olan sərhədlər demarkasiya olunsun. Biz qarşı tərəfdən fərqli olaraq istəyirik ki, bütün qonşu ölkələrlə səmimi qonşuluq münasibətlərində yaşayaq. Təəssüf ki, Ermənistan hələ də bunu istəmir, vaxtaşırı təxribatlar törədir, ərazilərimizə diversiya qruplarını göndərir. Onlar yaddan çıxarmasınlar ki, Azərbaycanın müzəffər ordusu gecə-gündüz hava şəraitinə baxmadan öz ərazisini göz bəbəyi kimi quruyur və gözünün önündən quş da uça bilməz. Düşmənin hər bir təxribatçı əməli aşkar olunan kimi dərhal ölçü götürülür.
Bizim humanist əməllərimizi dünya birliyi görməli və dəyərləndirməlidir. Ermənistanı təxribatçı hərəkətlərindən, düşmənçilik meyllərindən çəkindirməli və regionda sülhün davamlı olmasına xidmət edən çağırışlar etməlidirlər".
Tural Turan
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”







.jpg)
























.jpg)
