Türkiyədə yanğınları buna görə törədiblər - Politoloq
Bizi izləyin

Nida Təhlil

Türkiyədə yanğınları buna görə törədiblər - Politoloq

Türkiyədə törədilən yanğınların əsas səbəblərindən biri təxribatdır.

Bunu Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, bu yanğınlar PKK terror təşkilatının təxribatlarındandır: “Onlar bilir ki, Türkiyənin əsas gəlir gətirən sahələrindən biri turizmdir. Burada təxribatdan əlavə, başqa səbəblər də var. Ancaq Türkiyə güclü dövlətdir və bu fəlakətin də öhdəsindən gələcək. Biz qardaş dövlət olaraq Türkiyədə baş verən hadisələri görüb çox məyus oluruq. Yanğınlarla mübarizədə Azərbaycan qardaş Türkiyənin yanındadır və hər cür yardım göstərir. İki qardaş dövlət birlikdə bu fəlakətin də öhdəsindən gələcək. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə bizim yanımızda oldu və onlara yardıb edib yanlarında olmaq bizim borcumuzdur. Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi yanğınların söndürülməsində iştirak edir. İstər canlı qüvvə olaraq, istərsə də texnika cəhətdən Türkiyənin yanındayıq. Azərbaycan həm maddi, həm də mənəvi cəhətdən qardaş Türkiyənin yanındadır və tez bir zamanda yanğınların söndürülməsinə nail olacağıq”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm