Onlar bu təlimlərdən dərs çıxarmalıdır - Şərh
Bizi izləyin

Nida Təhlil

Onlar bu təlimlərdən dərs çıxarmalıdır - Şərh

“44 günlük müharibə onu göstərdi ki, əsas müttəfiqlərimizdən biri olan Türkiyə və Pakistan Azərbaycanın hər zaman yanındadır. Onlar bunu praktiki olaraq da sübut etdilər”.

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, bu cür təlimlərin keçirilməsi əməkdaşlıq məsələsinin əsas prioritetlərindən biridir: “Burada hər üç dövlətin hərbi birləşmələri məharət, peşəkarlıq göstərdi və ən əsası, bu təlimlər həmin üç dövlətə qarşı olan qüvvələrə qarşı bir mesajdır. Türkiyə, Pakistan və Azərbaycan ilk olaraq regional ölkələrə ismarış göndərir. Bu ölkələrin başında isə Ermənistan kimi xain dövlət gəlir. Onlar bilməlidirlər ki, törədəcəkləri hər hansısa bir təxribat bu üç dövlətin narazılığına səbəb ola bilər. Onlar Ermənistanın çirkin əməllərinə dəstək verən qüvvələrə də birlikdə cavab verəcəklərini bu təlimlərlə çatdırıb”.

F.Sadıqov vurğulayıb ki, ermənilərə dəstək verənlər bu təlimlərdən dərs çıxarmalıdır: “Onlara yardım edən ölkələr bilməlidir ki, təlimlər boş yerə keçirilmir. Bu təlimlərin əsas məqsədi odur ki, üç dövlətin hərbi birləşmələri hər hansısa bir təhlükəyə birlikdə cavab verəcək. Əsas da ermənilər bilməlidir ki, Azərbaycan anti-terror əməliyyatına hazırdır. Azərbaycan müharibə olmasının tərəfdarı deyil və bölgədə sülhün bərqərar olması üçün cəhd göstərir. Biz Ermənistana sülh təklif edib, onlardan addım gözləyirik. Bizim torpaqlarımıza göz dikənlər və onların havadarları bilməlidir ki, Azərbaycan tək deyil. Azərbaycan öz ərazisini müdafiə etməyə qadir dövlətdir”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm