Nida Təhlil
Deputat: “Cənubi Qafqaz sülh şəraitində yaşamağa köklənməlidir”
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı bildirdi ki, biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik. Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəməyənlər razılaşmalıdırlar ki, ölkəmiz öz hərbi gücü ilə istənilən təhdidin qarşısını almaq iqtidarındadır.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, bunu 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər bir daha təsdiq etdi:
“Revanşist meyllər sadəcə həmin ölkə və ya ölkələrdəki mövcud problemləri dərinləşdirir. Aydındır ki, kifayət qədər həssas bölgə olan Cənubi Qafqazda dayanıqlı sülh və iqtisadi əməkdaşlıq kommunikasiyaların paralel bərpasından keçir. Cənubi Qafqaz yeni mərhələdə revanşist meyllərə deyil, ərazi bütövlüyünü tanımaqla sülh şəraitində yaşamağa köklənməlidir”.
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...




































