Nida Təhlil
Minlərlə şəxsə ŞAD XƏBƏR - Deputat ELAN ETDİ/VİDEO
Video əlavə olunub.
***
“Bu gün saat 5-də amnistiya məsələsini Milli Məclisdə müzakirə edəcəyik. Bundan sonra amnistiyanın təxmini dairəsini biləcəyik. Hələ ki, əlimizdə dəqiq arayış yoxdur. Ona görə də amnistiyaya düşəcək insanların dəqiq sayı haqqında fikir söyləmək çətindir. Amma kifayət qədər geniş amnistiyadır. Burada daha əvvəl olmayan maddələr var”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
Deputat bildirib ki, budəfəki amnistiya Birinci Qarabağ müharibəsindən sonra öz dədə-baba yurdlarından qaçqın düşmüş, eləcə də Qarabağdan məcburi köçkün düşmüş şəxslərə də şamil olunacaq:
“Eləcə də müharibə iştirakçılarına, əlillərə də tətbiq oluna biləcək bir amnistiyadan söhbət gedir. Şəhid ailələri, onların yaxın qohumlarına da bu amnistiyadan pay düşəcək. Düşünürəm ki, çox geniş bir amnistiya olacaq. Təxminən maddələr də məlumdur. Müharibədə iştirak edən bütün şəxslərə, eləcə də onların yaxın qohumlarına şamil ediləcək. Xocalı soyqırımının şahidləri, orada əlil olan şəxslərə də bu amnistiyadan pay düşəcək. 20 Yanvarda əlil olan şəxslərə, onların yaxın qohumlarına şamil ediləcək. İkinci Dünya müharibəsində itkin düşənlərin ailə üzvləri, eləcə də 16 yaşından yuxarı uşaqlara da şamil olunacaq. Ağır və xüsusi ağır olmayan cinayət törədənlərin hamısına bu amnistiyadan bu və ya digər dərəcədə pay düşəcək. Şərti azadlıqdan məhrum edilənləri də götürsək, təxminən 15 minə yaxın şəxs amnistiyadan yararlanacaq. Bu mənim fikrimdir. Təhlil edərkən bu qənatə gəlirəm ki, ümumən təxminən bu qədər adama amnistiyadan pay düşəcək”.
Tural Turan
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi






































