Ermənilər Rusiya və digər ölkələrlə razılaşaraq... - SENSASİON DETALLAR/VİDEO
Bizi izləyin

Nida Təhlil

Ermənilər Rusiya və digər ölkələrlə razılaşaraq... - SENSASİON DETALLAR/VİDEO

Video əlavə olunub.

xxx

“Azərbaycanın burada edə biləcəyi yalnız bir şey var. Torpağına qarşı təcavüz varsa, Bakı mütləq ki, öz haqlarını müdafiə edəcək və ərazi bütövlüyünə edilən xain cəhdlərin qarşısını alacaq, özünümüdafiə, ərazi bütövlüyünü və suverenliyini qorumaq haqqını sonuna qədər istifadə edəcək. Fərqi yoxdur, orada təxribat və ya digər silahlı hücumlar olsun. Ən əsası, bu torpaq münaqişəyə açıq deyil”.

Bu fikirləri Publika.az-a terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar ermənilərin dövlət sərhədində və Qarabağda vəziyyəti gərginləşdirmək üçün törətdikləri təxribatlarından danışarkən deyib.

Ekspert bildirib ki, ermənilərin hazırkı durumda məqsədlərinin olmadığı üçün müddəti manipulyasiya və provokasiya etmələri anlaşılandır: “Əvvəlcə savaşı doğru oxumağın lazım olduğuna inanıram. Qarabağ münaqişəsi Azərbaycanın müharibədə məğlub olması və parçalanması üzərində qurulmuşdu. Bu, bütün münaqişə müddətində də davam etdi. Ancaq sonda qələbə qazanan Azərbaycan oldu. Digər tərəfdən də Azərbaycan-Türkiyə birliyini həzm edə bilmirlər. Onların hədəfi Azərbaycanı parçalamaq və ərazi ələ keçirmək üçün savaş hazırlamaqdır. Ancaq bu, mümkün ola bilməz. Azərbaycanla Türkiyə Qarabağ üzərindən Qafqazda və Asiyada yeni bir geosiyasi reallıq yaratdı. Bu, qəbul edildi və anlaşma oldu, altına imzalar atıldı. Bunu isə həzm edə bilməyən qüvvələr var. Digər tərəfdən də baş verən prosesləri düzgün izləyib nəticə çıxarmaq çox önəmlidir. Çünki Ermənistan müharibədən sonra sərhəddə təxribat və digər qanunsuzluqlara imza atdı”.

A.Ağar hesab edir ki, ermənilərin təxribatının 2 səbəbi ola bilər: “Birincisi, ultra-millətçi qruplar bu müddətdən narahat olub, manipulyasiya etməyə çalışırlar. İkincisi, Ermənistan Rusiya ilə və ya başqa ölkələrlə razılaşaraq buradakı faktiki durumu pozmaq istəyə bilər. Birinci səbəb anlaşılan məsələdir, ancaq ikincisi yeni bir müharibə təhdidinə qədər gedə bilər. Müharibədən sonra Azərbaycan baş verə biləcək hansısa savaş üçün çox güclü bir şəkildə hazırlıqlarını görür. Bu, savaş başlatmaq məqsədilə deyil, yəni ola biləcək hadisələrə adekvat cavab vermək üçündür. Ermənilər həmçinin Türk Dövlətləri Təşkilatının zirvə görüşündən də narahat ola bilərlər. Şuşa Bəyannaməsi də addım-addım həyata keçirilir. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu da ermənilərin Şuşada terror aktı törətməsinə, Kəlbəcərdə və Laçında vəziyyəti gərginləşdirməyə çalışmalarına və təxribata əl atmalarına səbəb ola bilər”.

Ekspert əlavə edib ki, Azərbaycan baş verən son proseslərin qarşılığında öz haqlarını müdafiə etmək hüququna malikdir: “Rusiya oldu-bitdi yaratmağı, buna müdaxilə etməyi sevən və bacaran bir ölkədir. 44 günlük müharibənin sonunda da biz bunun şahidi olduq. Kim nə deyərsə desin, Qarabağ Azərbaycanındır və rəsmi Bakı tərəfindən lazımi addımlar atılacaq. Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi başqa məna ifadə etməməlidir. Hər kəs, o cümlədən də Rusiya razılaşmanın şərtlərinə əməl etmək məcburiyyətindədir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm