Nida Təhlil
Ermənistan-Azərbaycan münaqişəsinin 3 nizamlanma variantı: Yeni "Qobl planı"nda nələr var?
Publika.az amerikalı politoloq, ABŞ Dövlət Departamentinin sabiq xüsusi müşaviri Pol Qoblun Caliber.Az nəşrinə müsahibəsini rus dilindən tərcümə edərək oxuculara təqdim edir:
- Siz regiona və onun problemlərinə yaxşı bələdsiniz. Ona görə də Sizin fikirlərinizi bilmək maraqlıdır. 44 günlük savaşdan sonra Cənibi Qafqazda hansı dəyişikliklər baş verib?
- Azərbaycan "bufer" əraziləri (Azərbaycanın 7 rayonu nəzərdə tutulur-red.) və 1990-cı ilin ortalarından Ermənistanın nəzarətində olan Qarabağın bir hissəsini geri qaytarıb. Nəticədə tamamilə yeni vəziyyət yaranıb, Ermənistan öz fundamental zəifliyini və Rusiyadan asılılığını etiraf etməyə məcbur olub. 44 günlük savaş atəşin dayandırılması haqqında bəyanatla sona yetib. Lakin bu, sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmadı. Noyabr və yanvar bəyanatları sülh sazişi kimi deyil, yalnız bəyannamələr kimi qaldı. Hazırda problem ondan ibarətdir ki, bu münaqişəyə cəlb edilmiş tərəflər bu bəyanatları müxtəlif cür qəbul edir.
- Yəni Siz güman edirsiniz ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinə hələ çox var?
- Mən yaxın zamanlarda belə bir sülh sazişinin imzalanacağına təəccüb edərdim. Ermənistanla Azərbaycan arasında həll edilməmiş fundamental münaqişə var. Sülh sazişinin imzalanması üçün hər iki tərəf bir birinin sərhədlərini tanımalıdır, bu isə mümkün deyil, çünki Qarabağın statusu barəsində ixtilaflar mövcuddur.
- Beləliklə də yeni savaş qaçılmazdır?
- Birmənalı deyə bilərəm ki, gərginlik get-gedə artacaq, dövrü olaraq hərbi toqquşmalar da mümkündür.
- Siz Türkiyənin və Rusiyanın regionda rolunu necə qiymətləndirirsiniz?
- Türkiyənin təsiri artır, Rusiyanın təsiri isə azalır, baxmayaraq ki, Rusiya Qarabağa öz "sülhməramlı"lılarını yeridib.
- Ermənistanda antiRusiya əhval-ruhiyyəsi artır. Erməni tərəfi bununla nə demək istəyir? Rusiyadan nəyə görə küskündür, münaqişəyə müdaxilə etmədiyinə görə?
- İrəvanın seçimi yoxdur, Rusiya da bunu bilir. Deməli, hazırki vəziyyətdə Moskva heç bir halda Ermənistana kömək edə bilmir, hətta bunu istəsə belə. Ona görə də erməni tərəfinin Rusiyaya şikayətlərinin əsası, mənası yoxdur. Anlamaq lazımdır ki, hal-hazırda hərbi qarşıdurma Azərbaycan ərazisində baş verir.
- Siz 90-cı illərdə Qarabağ münaqişəsinin nizamlanmasında özünüzün həll variantınızı təklif etmişdiniz. Bu gün sülhün bərqərar olması üçün nə təklif edə bilərdiniz?
- Zənnimcə, Ermənistanla Azərbaycan arasında olan qarşıdurmanın üç nizamlanma variantı var və tərəflər arasında sülh yarada bilər.
Birinci variant bir tərəfin digər tərəf üzərində qeyd-şərtsiz hərbi qələbəsidir.
İkinci variant xarici oyunçu tərəfindən sülh sazişinin zorla qəbul etdirilməsidir.
Üçüncü variant sövdələşmədir, bu zaman hər iki tərəf, Ermənistanla Azərbaycan istədiyi bir şeyi əldə edir, əvəzində özündə olduğu hər hansı bir şeydən imtina edir. Yəni Ermənistan və Azərbaycan güzəştlərə gedir, tərəflərdən hər biri ona lazım olanı əldə edir. İlk iki variant yalnız vaxtda uduş əldə etməyə imkan verir, üçüncü variant isə möhkəm sülh üçün yeganə yoldur.
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
-
Hadisə10:48
Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO