Nida Təhlil
Həmin qanunlar hazırkı yeniliklərə cavab vermirdi - Şərh
“Media haqqında” qanunun qəbul edilməsi çox vacib bir məsələdir. Çünki müasir dövrdə müxtəlif media formatları mövcuddur. Ümumiyyətlə, kütləvi informasiya vasitələrinin fəaliyyətini təsdiqləyən qanunların qəbul edilməsi təbii haldır.
Bunu Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.
Ekspert qeyd edib ki, əvvəlki 2 qanun müasir dövrün tələblərinə və hazırkı yeniliklərə cavab vermirdi: “Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini təsdiqləyən əsas 2 qanun var idi. Bunlardan biri kütləvi informasiya vasitələri haqqında, digəri isə radio və televiziya yayımı haqqında olan qanunlar idi. Həmin qanunlar hazırkı yeniliklər qarşısında aciz qalırdı. Elektronik innovasiya vasitələri qanununa 80-ə qədər düzəliş edilməsi bunun əyani sübutudur. Yəni bu mənada yeni qanunun qəbul edilməsinə ehtiyac var idi”.
V.Zifəroğlu vurğulayıb ki, “Media haqqında” qanun dövlət-media və cəmiyyət-media münasibətlərini tənzimləyən normativ sənəddir: “ “Media haqqında” qanuna nəzər yetirsək, üzərində kifayət qədər zəhmət olan bir layihə ilə tanış oluruq. Burada audio-vizual media formatı və onlayn media ilə bağlı müəyyən qaydalar öz əksini tapır. Təbii ki, burada müxtəlif parametrlərdən olan maraqlar nəzərə alınmalıdır. Medianın dövlət və cəmiyyətlə münasibətləri bu qanun vasitəsilə tənzimlənməlidir. Bu qanun haqqında müxtəlif və maraqlı təkliflər var. Müzakirələrdə bu təkliflər nəzərə alınıb və bunun ətrafında fikir mübadiləsi aparılıb. Media haqqında qəbul edilən qanunlar beynəlxalq prinsiplərə uyğundur. Hər hansısa bir qanun qəbul edildiyi zaman bunun alternativləri nəzərdən keçirilir. Yəni beynəlxalq təcrübə öyrənilir və bununla bağlı müqayisələr aparılır. Bu qanun üzərində işləyən hüquqşünaslarımız da bu müqayisəni aparıblar”.
Rahib Ələsgərov
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...




































