Erməni terroru: Gəncə dünya birliyindən ədalət gözləyir
Bizi izləyin

Nida Təhlil

Erməni terroru: Gəncə dünya birliyindən ədalət gözləyir

2020-ci ilin 17 oktyabr tarixi: ordumuz Füzulini işğaldan azad etdi, Ali Baş Komandan bu tarixi müjdəni ictimaiyyətə açıqlayanda təkcə füzulililər yox, bütün xalq bayram edirdi, çünki 30 ilə yaxın idi ki, hamımız bu günləri gözləyirdik.

Həmin gün Ermənistan Gəncəyə raket hücumlarının ən qanlısını həyata keçirdi: 16 nəfər şəhid oldu, 55-dən artıq şəxs yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi; səhid olan və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var;

Bu, Ermənistanın Gəncəyə beşinci və ən dəhşətli terror hücumu idi. Cəbhədə məğlub olan işğalçı ölkə nasizm xislətinə uyğun olaraq mülki vətəndaşları hədəfə alırdı və bununla döyüş meydanındakı məğlubiyyətini kompensasiya etməyə çalışırdı. Bu, II Dünya müharibəsində Hitler Almaniyasının istifadə etdiyi taktikadır, XXI əsrdə Ermənistan nasizmi diriltdi.

Gəncə mülki əhalinin kompakt yaşadığı şəhərdir. Ermənistanın məhz bu şəhərə raket hücumu mülki əhaliyə daha çox zərər vermək məqsədi daşıyırdı. Çünki istənilən atəş, yaxud raket atışı sıx yaşayan mülki əhalinin daha çox hədəfə tuş gəlməsi deməkdir. Bu, Ermənistanın hədəfinin mülki əhali olduğunu bir daha sübut edir. Hücumun dəqiqliyi az olduğu üçün hərbi əməliyyatlarda az istifadə olunan SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə edilməsi də hədəfin daha çox insan təlafatı olduğunu ispatlayır.

Bu, müharibə cinayəti, terror aktıdır. Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir. İşğalçı ölkə bütün beynəxalq qanunları pozdu.

Amma və lakin...

Beynəlxalq birlik, beynəlxalq hüququ yazanlar hələ də Ermənistanın Gəncə terroruna hüquqi qiymət verməyib. Ukrayna müharibəsində beynəlxalq hüquqa istinad edən dünya birliyi ədalətli olmalı, Ermənistanın mülki əhaliyə qarşı raket hücumlarına hüquqi qiymət verməlidir. Gəncə dünyadan ədalət gözləyir...

#ArmenianWarCrimes #Ganja #ArmenianAggression #Armenianterror

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm