Nida Təhlil
Paşinyan etiraf etdi: Əliyev Xankəndi ilə bağlı nələri diktə edib?
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 15-də Brüsseldə keçirilən görüşün təfərrüatlarını açıqlayıb. Onun sözləri də təsdiq edir ki, İrəvan heç bir nəticə əldə edə bilməyib, Bakının diktəsinə boyun əyməyə məcbur olub.
Birincisi, Laçın postunun açılması planları baş tutmadı;
Brüssel görüşündən öncə Qarabağdakı separatçılar aksiyaya başladılar və bunun İrəvanın sifarişi olduğu aydın görünürdü. Lakin Paşinyan etiraf edir ki, Laçın postu ilə bağlı heç bir nəticə əldə edə bilməyiblər. Əksinə, Bakının mövqeyi daha da gücləndi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qarabağdakı erməni əhalisinin ərzaq təminatının Ağdam vasitəsilə həyata keçirilməsini dəstəkləməsi də bunun təsdiqidir. Bu həm də Xankəndi və ermənilərin yaşadığı digər ərazilərdə Bakının hakimiyyətinin beynəlxalq müstəvidə tanınması deməkdir.
İkincisi, İrəvanın xəritə planı alınmadı;
Görüşdə sərhədin delimitasiyasının 1991-ci il Almatı Bəyannaməsinə uyğun aparılması razılaşdırılıb. Nikol Paşinyan da bunu təsdiq edir və bildirir ki, yaxın vaxtlarda “demarkasiya işlərinin kartoqrafik əsasları dəqiqləşdirilməlidir”.
Ermənistan 1975-ci il xəritəsini ortaya atmışdı. Burada məqsəd hələ də işğal altında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) qaytarılması əvəzində Başkəndi və sərhəddə yerləşən, ordumuzun vizual nəzarətində olan kəndləri almaq idi. Bununla həm də “güzgü prinsipi”nə - qoşunların geri çəkilməsinə nail olmağı planlaşdırırdılar. Lakin bu planları baş tutmadı.
Ümumilikdə Brüssel görüşü Ermənistan üçün növbəti iflas oldu, bunu Paşinyanın özü də etiraf edir. Və onun açıqlamaları göstərir ki, Prezident İlham Əliyev Azərbaycanın gündəliyini Brüsseldə erməni baş nazirə diktə edib.
Asif
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...




































