Nida Xəbər
Ankara və Moskvanın razılaşması: İrəvan əraziləri qaytarır
Ermənistan prezidenti Serj Sarkisyanın “Rusiya bu gün”
agentliyinə müsahibəsi ermənilər tərəfindən birmənalı
qarşılanmayıb. Hərçənd, Sarkisyan bütün fikirlərində Qarabağ
münaqişəsinin həlli üçün erməni maraqlarının təmin olunmasını
vurğulayırdı. Ermənistan mediası isə Sarkisyanın dolayısı ilə
əraziləri qaytarmağa hazır olduğunu açıqladığını
yazır.
Publika.az xəbər verir ki, “Lragir” saytı Kremlin
Dmitri Kiselyovu Sarkisyana təzyiq etmək üçün göndərdiyini yazıb:
“Kiselyov Sarkisyanı küncə sıxışdırır və ondan eşitmək
istədiklərini almağa çalışırdı. Hər şeydən əvvəl o, Sarkisyandan
İlham Əliyevlə görüşməyə hazır olduğu fikrini aldı, lakin məcbur
edirdi ki, Serj təkliflə çıxış etsin. Sarkisyanın müqaviməti isə
çox zəif idi və nəticədə, onun müqaviməti qırıldı. Sarkisyan “Kazan
düsturu”na (Qarabağ ətrafındakı rayonların qaytarılması nəzərdə
tutulur-red) razı olduğunu etiraf etdi və Kiselyov qismən də olsa,
öz hədəfinə nail oldu”.
Sayt qeyd edir ki, Sarkisyan 2009-cu ildə türkiyə-Ermənistan
sərhədlərinin açılması məsələsinə də toxundu.
“Qeyd etdi ki, həmin vaxt protokolların imzalanması üçün Türkiyə
tərəfi Ermənistandan Qarabağ ətrafındakı rayonlardan heç olmasa
birini qaytarmağı istəyir. Lakin ermənilər buna razı olmadıqları
üçün razılaşma təxirə düşüb. İndi isə Rusiya əraziləri qaytarmaq
üçün Ermənistana təzyiq edir. Moskva “Kazan düsturu”nun həyata
keçməsinə və erməni-türk münasibətlərinin nizama salınmasına
çalışır. Bu məsələni Türkiyə və Rusiya razılaşıb. Sarkisyanın
cavabları Ermənistanın müqavimət göstərəcəyini deməyə əsas verir,
lakin bu müqavimət çox zəifdir”, - deyə məqalədə bildirilir.
Asif
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama