Nida Xəbər
Mollazadə: “Xocalı faciəsi günahkarlarının əksəriyyəti Rusiyada gizlənir”
“Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanla deyil, Rusiya ilə danışıqlara başlamalıdır”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Asim Mollazadə bildirib.
O deyib ki, Ermənistan Rusiyanın hərbi əyalətidir və buna görə Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır:
“İndi Ermənistan müstəqil olmadığından, düşmən ölkə danışıqlar prosesində imitasiya edir. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan Ermənistanla münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan imtina edərək, ermənlərin həqiqi ağası olan Rusiya ilə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamalıdır. Xocalı faciəsi günahkarlarının əksəriyyəti də məhz Rusiyada gizlənir. Ona görə də təklif edirəm ki, Azərbaycan Rusiyaya müraciət edərək Xocalı soyqrımını törədən 366-cı alayın hərbçilərinin və orada gizlənən ermənilərin Azərbayacana təhvil verilməsini istəməlidir”.
A.Mollazadə xatırladıb ki, Azərbaycanla Rusiya arasında cinayətkarların ekstradisyası haqqında saziş var:
“Biz bu sazişdən istifadə etməklə Rusiyadan bu cinayətkarların Azərbaycana təhvil verilməsinə və onlar üzərində xarici hakimlərin iştirakı ilə məhkəmənin təşkil olunmasına nail olmalıyıq. Biz xarici hakim və vəkillərin iştirakı ilə belə bir məhkəməni təşkil etməklə Xocalı soyqrımının beynəlxalq hüquqi müstəvidə tanınmasına nail ola bilərik. Rusiya iki ölkə arasında imzalanan sazişə əməl etməsə, bu sazişdən imtina edilməlidir”.
Vasif Həsənli
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı











.jpg)























