• USD 1,7000 0,00% EUR 1,9008 +0,29%
    • GBP 2,1523 +0,13% RUB 0,0262 -0,76%

Jalə Əliyeva: “Azərbaycan qadınları bu təyinatı sevinclə qarşılayır”

Jalə Əliyeva: “Azərbaycan qadınları bu təyinatı sevinclə qarşılayır”

“Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi təqdir edilən qərardır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

J.Əliyeva deyib ki, hər bir Azərbaycan vətəndaşı Prezidentin bu sərəncamını bəyənir və alqışlayır.

Onun sözlərinə görə, Azərbaycan qadınları bu sərəncamı çox sevinclə qarşılayır:

“Hər bir kəs əmindir ki, Mehriban xanım Əliyeva bu vəzifəni də çox ləyaqətlə təmsil edəcək. Azərbaycan qadınları hər zaman Mehriban xanımın və ölkə başçısının siyasətini dəstəkləyir”.

Deputat qeyd edib ki, Mehriban Əliyeva Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması üçün böyük işlər görür:

“Mehriban xanımın Azərbaycan dövləti və xalqı üçün gördüyü əvəzsiz işlər hər zaman tarixdə qalacaq. Əlbəttə ki, biz də hörmətli Mehriban xanımı bu münasibətlə ürəkdən təbrik edirik, ona yeni vəzifəsində uğurlar arzu edirik. Arzumuz odur ki, Mehriban xanımın ölkə Prezidenti cənab İlham Əliyevlə bərabər bu şərəfli yolda həyata keçirdiyi siyasət daha da uğurlu, onun yeni vəzifəsi isə hər bir Azərbaycan vətəndaşına düşərli olsun!”

Vasif Həsənli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR