Nida Xəbər
Sarkisyanın Azərbaycana gizli gəlişinin SİRRİ ORTAYA ÇIXDI
Martın 25-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ
bölgəsinə gələn Ermənistan prezidenti Serj Sarkisyanın səfərində üç
helikopter detalı diqqət çəkib.
Publika.az xəbər verir ki, “Qraparak” qəzeti təhlükəsizlik
mənbələrinə istinadən Sarkisyanın üç helikpterlə Qarabağa gəldiyini
yazır.
“Bu, gözlənilən təhlükəni azdırmaq üçün idi. Heç kim prezidentin
hansı helikopterdə olduğunu bilmirdi”, - deyə mənbə bildirib.
Qeyd edək ki, qondarma “DQR”-in keçmiş “müdafiə naziri”, “ORO”-nun
(keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” Partiyasının sədri
Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın
birgə yaratdığı seçki bloku) üzvü Samvel Babayan Serj Sarkisyana
sui-qəsd hazırlamaq ittihamı ilə həbs olunub. İddialara görə,
Babayan Gürcüstandan qeyri-qanuni yolla “İqla” zenit-raket
kompleksi gətirərək, Serj Sarkisyan və digər yüksək vəzifəli
şəxslərin olduğu helikopteri partlatmaq istəyib. Babayan əvvəlcə bu
iddiaları qəbul etmədi və özünün siyasi fəaliyyəti ilə bağladı.
Əslində Ermənistanda seçkiöncəsi situasiya fonunda baş verənlər
daha çox şouya bənzəyir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin daha sonra Babayan “İqla” zenit-raket kompleksini ölkəyə
gətirmək istədiyini etiraf edib. Burada maraqlı məqam “sui-qəsd
planı” ifşa edilsə də, Sarkisyanın Qarabağa niyə üç helikopterlə
gəlməsidir.
“Qraparak”ın mənbəsi deyir ki, ikinci “İqla” da ola bilər və hücum
edilər.
Görünür, ya ölüm qorxusu Sarkisyana belə addım atmağa vadar edir,
ya da ikinci həbs dalğası üçün bu ssenari qurulur.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu