Mark Hauptman: “Almaniya hər hansı bir təcavüzü kəskin şəkildə pisləyir”
Bizi izləyin

Nida Xəbər

Mark Hauptman: “Almaniya hər hansı bir təcavüzü kəskin şəkildə pisləyir”

Məcburi köçkünlərin doğma torpaqlarına qayıtması prioritetdir.

“Suveren dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl prinsipləridir”.

Publika.az-a Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, bu sözləri Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptman TEAS-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq təşkilatların rolu və iştirakı barədə sualına cavab olaraq deyib.

O deyib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir-biri ilə əlaqəli olan dörd qətnaməsində aydın şəkildə bildirilir ki, erməni silahlı qüvvələri beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması prioritetdir.

Hauptman vurğulayıb ki, məcburi köçkünlərin öz doğma evlərinə qayıtması Almaniya hökumətinin diqqət mərkəzində olan məsələdir.

“ATƏT-in Minsk Qrupu çərçivəsində təkrar danışıqların keçirilməsinə baxmayaraq, münaqişənin həll prosesi uzanır. Avropa İttifaqının flaqmanı olan Almaniya hökumətinin danışıqlarda fəal iştirakı təklif olunur. Rəsmi Berlin münaqişənin qısa zamanda sülh yolu ilə həll olunması üçün konkret addımlar atmaq fikrindədirmi” sualına cavab olaraq M.Haupmann bildirib ki, Almaniya çoxtərəfli formatda, ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllini dəstəkləyir və bunu gələcəkdə də edəcək: “Bu il Avstriyanın ATƏT-də sədrliyi zamanı, münaqişə iştirakçıları arasında davamlı etimadın qurulması prioritet olacaq bəyanatını eşitməkdən məmnun olduq. Sülhə yalnız danışıqlar masasında nail olmaq olar”.

Ötən ilin aprel ayında Ermənistan hərbi qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərinə qarşı həmlə etməsinə toxunan almaniyalı deputat vurğulayıb: “Beynəlxalq münasibətlər sisteminin təməli olan güc tətbiqinin ümumi şəkildə qadağan edilməsi prinsipi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə davamlı şəkildə riayət edilməsi münaqişənin sürətli siyasi həlli üçün əsasdır. Bunu rəhbər tutan Almaniya hər hansı bir təcavüzü kəskin şəkildə pisləyir. Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm