Azərbaycan və İranın müdafiə nazirləri görüşdü - YENİLƏNDİ - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və İranın müdafiə nazirləri görüşdü - YENİLƏNDİ - - FOTOLAR

İranda rəsmi səfərdə olan müdafiə naziri Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqan ilə görüşüb.

"İran Azərbaycanla dost və qardaş ölkədir. Azərbaycan İranla hərbi-müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır".

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanla görüşdə bildirib.

Z. Həsənov deyib ki, iki ölkə rəhbərliyinin son görüşləri bu əməkdaşlıq üçün lazımi şərait yaranıb: "Azərbaycan iki ölkənin sərhədlərinin təhlükəsizliyinin təmininə önəm verir və bu sərhədlərin sabitliyinin pozulmasına icazə verməyəcəyik".

Z. Həsənov İran Silahlı Qüvvələr günü münasibətilə iranlı həmkarını təbrik edib və bölgədə davamlı sülh, sabitlik və təhlükəsizliyə nail olmağın zəruriliyini vurğulayıb.

12:21

İranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə görüşüb.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.

Sonra rəsmi qarşılanma mərasimi keçirilib. İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

10:38

İranda rəsmi səfərdə olan müdafiə naziri Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqan ilə görüşüb.

Publika.az APA-ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə olunub.

Daha sonra İran Müdafiə Nazirliyinin binası qarşısında Z. Həsənovun da iştrak edəcəyi rəsmi bir mərasim də keçiriləcək.

Qeyd edək ki, Z. Həsənovun H. Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb. Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm