Bakıda İslam Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək
Bizi izləyin

Nida Xəbər

Bakıda İslam Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək

Mayın 12-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Nazirləri Konfransının Daimi Şurasının iclası keçiriləcək.

Publika.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gənclər və İdman Nazirlərinin (GİN) 2016-cı ildə İstanbulda keçirilən 3-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, növbəti, 2018-ci ildə keçiriləcək İƏT GİN 4-cü Sessiyasına Azərbaycan ev sahibliyi edəcək.

Bununla bağlı hazırki iclas İƏT üzv-ölkələri Gənclər Nazirləri Konfransının hazırkı ev sahibi Türkiyə Respublikasının Gənclər naziri Akif Çağatay Kılıc, növbəti GİN Sessiyası ev sahibi Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, İƏT Baş katibliyinin, Səudiyyə Ərəbistanı Krallığı nümayəndəsi və İƏT GİN Şurası Daimi Katibliyi olan IET Gənclik Forumunun iştirakı ilə keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm